16 октября 2024

25 июня 2015 10:04

WELLA PROSERİES İLƏ ƏLA NƏTİCƏ

Tez- tez saç yuma vasitələrimi dəyişirəm. Əsas da şampunlarımı. Çünki bu zaman saçlarımın tökülməsinin qarşısını ala bilirəm. Bir müddət Wella ProSeries-in Wella Repair, Wella Shine, Wella Volume və Wella Color saç şampunlarını sınamışdım. Və razı da qalmışdım. Qeyd etdiyim kimi tez-tez şampunlarımı saçlarım tökülməsin deyə dəyişdiyimdən, indi bu şampunlardan istifadə etmirəm. Amma bir az keçsin yenidən Wella-nın bu məhsullarına müraciət edəcəm.

İndi isə Wella ProSeries haqqında fikirlərimi sizlərlə bölüşmək istəyirəm, xanımlar.

İlk olaraq qeyd edim ki, Wella-nın şampunları peşəkar istifadə üçün nəzərdə tutulub.

Wella ProSeries-in məhsulları ilk tanışlığım Wella Repair ilə başladı. Saçlarım saç fenindən, saç buran və düzləşdirən vasitələrdən zərbələr alıb, çox korlanmışdı. Bu zaman məhz bu şampun köməyimə çatdı. Saçlarımdakı qırılmaların, tökülmələrin qarşısını alaraq, necə deyerlər, köklərindən uclarına qədər yenidən bərpa etdi.

Wella Repair ilə, siz saçlarınızdakı qırılmaların, kəpəyin və tökülmələrin qarşısını almaqla saçlarınızı kökündən ucuna qədər bərpa edə bilərsiniz. Əgər saçlarınızda bu problemlər varsa, əminliklə, sizə bu məhsulu məsləhət görürəm.

Yuxarıda qeyd etdiyim səbəblərdən, saçlarım parlaqlığını da itirmişdi. Onsuz da az parlayan saçlarım, parlaqlığını tamamilə itirmişdi. Təbii vasitələrdən mütəmadi istifadə etmək üçün bir az tənbəlliyim var. Buna görə də hazır vasitələrə tez qaçıram. Saçlarımın parlaması üçün necə əlac taparam deyə düşünürdüm. Bir gün təsadüfən anam Wella-nın Shine məhsulunu alıb gətirdi.



Öncədən Repair məhsulunu istifadə edib razı qaldığım üçün Shine məhsulunu da sınamağa qərar verdim və sınadım. Və yenə də gözlə görülən nəticə əldə etdim. Saçlarım parlalaqlığına yenidən qovuşdu. Siz də, saçlarınızın parlamasını istəyirsinizsə və mənim kimi hazır məhsullara qaçırsınızsa, o zaman Wella-nın Shine şampununa doğru qaça bilərsiniz. Bu doğru ünvandı.

Ümumiyyətlə, qeyd edim ki, saçlarım həcimlidir və həcimli saçları sevirəm. Saçlarımın həcmini özündə saxlamaq üçün də bir müddət kəşf etdiyim Wella Volume-dan istifadə etmişəm. Mənə kömək də olub. Sizə də çəkinmədən tövsiyə edə bilərəm.



Volume sizin saçlarınıza necə təsir göstərə bilər? Saçlarınıza təbii həcim verir. Saçlarınıza yumuşaqlıq qazandıracaq və yağlanmasının qarşısını alacaqsınız. Ən əsası da təbii həcimli saçlarınızla hər zaman diqqət cəlb edəcəksiniz.

Təxminən 2 il əvvəl saçlarımı boyadığım zaman onu necə qoruyacam, korlanmaması üçün necə qulluq edəcəm, boyanın maksimum az təsir etməsi üçün saçlarım üçün hansı hazır vasitələrdən istifadə edə biləcəm kimi suallar məni düşündürürdü. Bir gün marketdə şapun seçərkən gözüm Wella Color-a sataşdı. Aldım və sınadım. Deyim ki, boya saçlarımdan gedənə qədər bir dəfə ara verməklə ( saçlarım tökülməsin deyə şampunlarımı tez-tez dəyişirəm) istifadə etdim. Çox razı qaldım.



Bu seriyanın şampunu ilə boyama zamanı yaranan zədələnmələri aradan qaldırmağa və boyalı saçları tam şəkildə qorumağa kömək olur. Boyalı saçları olan xanımlar, siz də Wella-nın Color seriyasını sınaqdan keçirə bilərsiniz. Qeyd edim ki, Wella ProSeries-in şampunlarından əlavə saç kremləri və spreyləri də var. Amma mən yalnız şampunlarından istifadə etmişəm deyə, sizə tövsiyə edirəm. Siz də sizə uyğun Wella məhsulunu kəşf edin!

Nurana Novruz


Просмотров: 1 747