
Evdə bir neçə dəfə etdikdən sonra bu dada alışacaq və əsla hazır qatıq yeyə bilməyəcəksiniz.
İnqrediyentlər ( 6 nəfərlik )
1. 2 kq günlük və ya təbii süd (uzunömürlü olmamalıdır)
2. 1,5 yemək qaşığı qatıq (evdə hazırlanmış)
Hazırlanma qaydası
1. Qatığı təbii südlə (təsərrüfatlardan alınan süd) mayalayın.
2. Əvvəlcə bir qazana qoyub qaynadın və soyudun.
3. Sonra (istər təbii, istər gündəlik süd olsun, fərq etməz) südü isitməyə başlayın.
4. 5-6 dəqiqə sonra süd temperaturunu termometrlə yoxlayın (Termometr yoxdursa, çeçələ barmağınızı istifadə edin, barmağınız yanmırsa, hazırdır demək).
5. Termometr 43-44 dərəcəni göstərəndə süddən bir qaşıq götürüb bir qaba qoyun
6. Üstünə də mayalıq qatığı əlavə edib qarışdırın.
7. Əsla soyuq maya istifadə etməyin.
8. Südü (əgər varsa) saxsıya köçürün.
9. Südlə qarışdırdığınız qatıq mayasını saxsının kənarından tökərək taxta qaşıqla qarışdırın.
10. Saxsının qapağını bağlayıb isti, qalın parçayla bürüyün.
11. Qatığı yüngül turş sevirsinizsə, 6-7 saat, şirin sevirsinizsə, 3-4 saat sonra parçanı götürün və saxsının qapağını açın, heç qaşıq toxundurmadan dərhal soyuducuya qoyun.
12. Qatıq 4-5 saat daha soyuducuda mayalanmaya davam edəcəkdir.
13. Vaxt bitəndə ilk qaşığı hər zaman taxta qaşıqla alın, əks təqdirdə qatıq sulanar.
*** Materiallardan hər hansı birinə allergiyası olanların istifadəsi uyğun deyil. Belə bir hal üçün Lady.Day.az qətiyyən məsuliyyət daşımır.