26 декабря 2024

27 февраля 2016 09:27

ÖZÜNÜZ ÜÇÜN MÜKƏMMƏL CİNSİ NECƏ TAPMALI

Xəyallarınızdakı cinsi tapmağa yaxın olun

Bilirik ki, cins geyiminizdə necə göründüyünüz haqqında çox düşünürsünüz. Lakin hər bir paltar şkafında mükəmməl cins ağ balina kimi ələkeçməzdir. Üslub və yuma qaydası haqqında bu faydalı məsləhətlərin kişi və qadınlara asqı və rəflərdən bədən formasını gözəl göstərən cins tapmaqda kömək edəcəyindən əminik.

1. Rəngi solmuş cinsi geyinməyin. O, artıq köhnəlmiş və istifadəyə yararsızdır. Bir zamanlar mavi rəngdə olan cinsiniz üzərində dramatik pıçıltıdan qaçın. O, açıq rəngli, köhnə tipli, sürtülmüş cins kimi gözəl görünə bilər, lakin bu, düzünü desək, daha dəbdə deyil. 

Tünd rəngli və ya ənənəvi mavi cins seçin (üzərində rəngi solmuş ləkə və ya zolaqlar olmayan). O, adi iş günü üçün, nahar görüşü üçün və ya ailəyə baş çəkərkən geyinmək üçün əla seçimdir.

2. "Bəzəkli" cibli şalvarlar geyinməyin. Valehedici, etiketli və gülməli iri ciblərin dəbdə olduğu zaman arxada qaldı. Minimalist, lakin həmişə dəbdə olan üslublar seçin. Kiçik və ya qapalı ön cibləri olan (dar biçimli cinslər üçün ombaların üzərində görünməyən cib xətləri olan modellər axtarın) və düz formalı sadə arxa cibləri olan cins axtarın.

3. Ətəyi boş biçimli cins geyinməyin. Bu cür cinslərin heç bir şeyə faydası yoxdur. Bədənə kip oturan ətəyi düz biçimli cins seçin. Onun forması sizin də görünüşünüzü formalaşdıracaq və bununla da sizi kisəşəkilli ətəklərin göstərə bilməyəcəyi qədər düz qamətli və daha incə göstərəcək. Həmçinin xoşunuza gəlib-gəlməməsindən asılı olmayaraq dar cinslər dəbdə qalmaqda davam edir. Cəsarətli addım atmağa hazır olmayanlar "düz ayaqlı dar" və ya "dar biçimli düz ayaqlı" tipli modellər axtarın. Bu o deməkdir ki, cins şalvar bədənin hər bir hissəsinə sıx yapışmadan dar cinsin dar ayaq dizaynına malik olacaq. Əgər bu da sizin üçün həddən artıq dardırsa, o zaman dizdən yapışan və baldırlardan topuqlara doğru genələn "çəkmə biçimli dar" model cins axtarın. Bu yay cinslərini iti burun, yastı dabanlı, dabanlı çəkmələrlə tamamlayın və ya onları sevimli çəkmələrinizin içinə salın. 

4. Əsas diqqəti yan tikişi (bəxyə) üzərində cəmləməyin. Gen və dramatik tikiş bir zamanlar dəbdə idi, lakin təəssüf ki, həmin zamanlar arxada qalıb (əslində, bu o qədər də təəssüf doğurucu deyil). Cinsin rənginə uyğun gələn tikiş axtarın. 

5. Dostlarınızı və ailənizi super-parlaq və dəlisov əlvan dar cinsdə peyda olaraq təəccübləndirməyin. (Əgər siz 19 yaşlı pop ifaçısı deyilsinizsə. O zaman siz istədiyinizi edə bilərsiniz.)

Özünüifadə ehtiyacınızı boz, xaki və ya zeytun rəngi kimi neytral rənglərlə ödəyin. Hal-hazırda bu rənglərdə olan cinslərin hamısı müasir görünür. Qiymətli daşların rəng çalarlarında olan cinslər çox vulqar görünmədən rəngli cinslər trendinə qoşulmaq üçün əla vasitədir. Tünd qırmızı, meşə, gavalı və kəhrəba rənglər paltar şkafınızdakı, gündəlik cinslə geyinə biləcəyiniz,  demək olar ki, hər bir şeylə uyğun gələn seçimlərdir. Cinsinizin rənginin parlaqlığını saxlamaq üçün onu tərs üzünü çevirərək Ariel yuyucu tozu ilə yuyun.

6. Yeni cinsinizi isti su ilə yumayın və isti quruducu ilə qurutmayın.

Cinsinizi tərsinə çevirib Ariel kimi yuyucu tozla yuyaraq əla formada saxlayın. Həmçinin cinsinizi ipdən asaraq qurutmağı nəzərinizdə saxlayın. Əgər cinsin yumşaldılmsına ehtiyac varsa, onu quruducu maşında aşağı dərəcədə bir neçə dəqiqəlik qurulayın. 

7. Gözəl cins alıb sonra onunla tullantı kimi rəftar etməyin. Hətta əgər hər işi sevimli cinsinizdə görmək həvəsiniz yüksəkdirsə belə, evinizin ətrafında işlər görərkən köhnə, çirkli cinsinizi geyinin.

İş üçün geyindiyiniz cinsinizdəki ləkələri (məsələn, sürtkü yağı) və ya təzə cinsinizdəki ləkələri (məsələn, üstünüzə tökdüyünüz ləziz qəlyanaltı) yumazdan əvvəl problemli ləkələrin ilkin təmizlənməsi üsulu ilə çıxarın.

Əgər cinslər haqqında daha çox məlumat almaq istəyirsinizsə, onları necə yumaq lazım olduğunu yoxlayın!


Просмотров: 5 135