27 декабря 2024

11 февраля 2016 09:31

GİNGİVİTİ NƏ ZAMAN EV ŞƏRAİTİNDƏ MÜALİCƏ ETMƏLİ

Gingivitin müalicəsində və qarşısının alınmasında ən vacib məqam dişlərdəki plakı mümkün olduğu qədər təmizləməkdir. Elə gingivitin əsas səbəbi də dişin üzərində və damaqda yaranan yapışqan bakteriya təbəqəsi plakdır. Plakın törətdiyi zərərli maddələr damağı qıcıqlandırır, ardınca damaq qızarmağa, şişməyə və qanamağa başlayır. Lakin gigivitin əlamətləri ilə üzləşdikdə narahat olmağa dəyməz. Əgər vaxtında bu əlamətlərin fərqinə varsanız, bir çox üsullarla plak və onun törətdiyi bakteriyalara qarşı tam və asanlıqla mübarizə apara bilərsiniz.

GİNGİVİTİ EV ŞƏRAİTİNDƏ NECƏ MÜALİCƏ ETMƏLİ

  • Anti-bakterial diş məcunlarından istifadə edin. Anti-bakterial diş məcunları gün ərzində, hətta gecələr də ağız boşluğu gigiyenasına əməl olunduğu zaman plaka qarşı mübarizədə yardımçı ola bilər.
  • Dişlərinizi daha təsirli fırçalayın. Gündə 2 dəfə olmaqla 2 dəqiqə dişlərinizi fırçalayın. Elektrik diş fırçalarından istifadə etmək digər diş fırçaları ilə müqayisədə ağız boşluğunu daha əsaslı təmizləməyinizə yardımçı olacaq.
  • Anti-bakterial ağız yaxalayıcısından istifadə edin. Ağız yaxalayıcısı ağız boşluğunda diş fırçası ilə təmizlənməsi mümkün olmayan yerlərdəki plak bakteriyalarını kənarlaşdırır.
  • Dişlərinizi hər gün diş sapı ilə təmizləyin. Diş sapı fırçanın təmizləyə bilmədiyi qida qalıqlarının əmələ gətirdiyi plakı təmizlədiyindən gingivitin müalicəsində ən güclü vasitədir.

ƏLAVƏ TÖVSİYYƏLƏR: EV ŞƏRAİTİNDƏ MÜALİCƏ İLƏ BAĞLI BİLİKLƏRİNİZİ ARTIRIN

Dişlərin fırçalanması: Diş fırçasını 45 dərəcəlik bucaq altında damağınıza yerləşdirin. Qısa dairəvi hərəkətlərlə dişləri fırçalayın, lakin dişlərə çox təzyiq göstərməyin. Fırçanı baş və şəhadət barmaqlarınızın arasında tutduğunuz qələm kimi tutun. Hər bir dişin xaricini, daxilini və səthini fırçalamağı yaddan çıxarmayın.

Dişlərin sapla təmizlənməsi: Təqribən 45 sm uzunluğunda diş sapının böyük hissəsini bir əlin orta barmağına qalan hissəsini isə digər əlin orta barmağına dolayın. Sapı dişdən dişə hərəkət etdirdikcə hər dəfə onun təmiz qalan hissəsindən istifadə edin. Diş sapının hər bir dişin arası ilə yuxarıya və aşağıya doğru, C formasında hərəkət etdirin. Yenə də gingivit əlamətləri ilə üzləşsəniz, stomatoloqa və ağız gigiyenası üzrə mütəxəssisə müraciət edin.

PEŞƏKAR MÜALİCƏ ÜSULLARI İLƏ GİNGİVİTİN QARŞISININ ALINMASI

Dişlərinizin təmizlənməsini mütəxəssisə etibar edin. Dişlərinizin ağız gigiyenası üzrə mütəxəssis tərəfindən təmizlənməsi gingivitin müalicəsində atılacaq ilk addımdır. Onlar sizin təmizələyə bilmədiyiniz plakı təmizləyəcəklər. Ağız gigiyenası üzrə mütəxəssislər və stomatoloqlar gingivitin ilkin əlamətlərinin aşkarlanması barəsində peşəkar olduqlarından bu məsələdə sizə yardımçı ola bilərlər.

Stomatoloqdan və ya ağız gigiyenası üzrə mütəxəssisdən dişlərinizi lazımi qaydada fırçalayıb fırçalamadığınızı öyrənin. Onlardan diş sapından istifadə qaydası barəsində məsləhət alın. Doğrudur, biz bu vərdişlərə daha erkən yaşlarımızdan yiyələnirik, lakin biliklərimizi az da olsa artırmaqla böyük irəliləyişə nail ola bilərik.

"Blend-a-med" DİŞ MƏCUNU EV ŞƏRAİTİNDƏ GİNGİVİTİN MÜALİCƏSİNƏ NECƏ KÖMƏK EDƏ BİLƏR

Gigivitin ev şəraitində müalicəsində ən yaxşı vasitə bir-birini tamamlayan müxtəlif məhsullardan istifadə etməklə plakı təmizləmək, gündəlik ağız boşluğu gigiyenasına lazımi qaydada əməl etməkdir. Bu məhsulların hər biri dişdəki plakın azalmasında mühüm rol oynayır. Məhz "Blend-a-med" diş məcunu da bu işdə sizə kömək edə bilər.

Blend-a-med PRO-EXPERT mükəmməl ikili dəsti dişlərinizi gingivitdən qorumaqla qalmayacaq, həm də dişlərinizə nəzərçarpacaq dərəcədə bəyazlıq bəxş edəcəkdir.

Ağız gigiyenası üzrə mütəxəssis və stomatoloqun verdiyi tövsiyələrlə yanaşı, bu məhsullardan kompleks istifadə etmək, ev şəraitində dişlərin müalicəsilə bağlı biliklərinizi artırmaq nəinki gingiviti müalicə edəcək, həm də bütün ağız boşluğu sağlamlığınızı təmin etmiş olacaq.

Lakin unutmayın: Əgər dişlərinizi düzgün təmizləyib təmizləmədiyinizdən əmin deyilsinizsə, növbəti dəfə mütəxəssis qəbulunda olarkən, ondan bu barədə məlumat almaqdan çəkinməyin. Mütəxəssis və stomatoloqdan başqa heç kim sizə gingivitdən necə qorunmalı olduğunuzu söyləyə bilməz. Onlar, həqiqətən də, ağız boşluğu sağlamlığına nail olmaqda sizin üçün əllərindən gələni etməyə hazırdırlar. Ağız boşluğunun müdafiəsi ilə bağlı biliklərinizi təkmilləşdirməklə siz mühüm irəliləyişə nail ola bilərisiniz.


Просмотров: 4 932