6 июня 2015 11:15

FAİRY QƏNAƏTİ!



Fairy-dən evdə qənaətlə bağlı 5 ağıllı addım Fairy ailəsi kimi düşündük ki, əlinizin altında heç vaxt qənaətlə bağlı çoxlu məsləhətlər olmayıb, beləliklə evdə qənaət etmənizə kömək etmək üçün 5 "ağıllı məsləhəti" bir yerə topladıq.

1. Yalnız ehtiyacınız olan şeyləri alın

Gülməli səslənsə də, hər birimiz ehtiyacımız olduğundan çox şey alır və sonra onu atırıq. Bu isə o deməkdir ki, siz pulunuzu çölə atırsınız! Xarab olmasının qarşısını almaq üçün bir neçə günlük təzə və yalnız həqiqətən də istifadə edəcəyiniz ərzaqları almağa çalışın!

2. Ucuz heç də həmişə qənaət demək deyil


Təmizləmə məhsullarında güzəştə getməyin. Ucuz olan heç də həmişə qənaətli deyil, bəzən bir qədər baha olan məhsullar daha uzun müddət qalır və daha yaxşı təsir göstərir, bu isə həqiqətən də pul üçün yaxşı dəyərdir!

3. Boş yerə enerjidən istifadə etməyin


Elektrik avadanlıqları qoşulu saxlamayın. Belə halda enerji boş yerə istifadə olunur. Bu isə öz növbəsində büdcəniz və ətraf üçün çox zərərlidir.

4. Sağlam dondurulmuş ərzaqlara keçin

Mümkün hallarda dondurulmuş tərəvəz və ya giləmeyvə kimi dondurulmuş ərzaqların isitifadəsinə keçin, bu, israfı tamamilə aradan qaldırır. Bu halda yalnız ehtiyacınız olan qədər ərzaqdan istifadə edir, qalanını isə növbəti dəfəyədək saxlaya bilirsiniz.

5. Evdə yeməkdən zövq alın


Məsələ heç də dostlarınızla bahalı restorana getmək deyil. Evdə hazırlanmış dadlı yemək daha çox zövq verir və yarı qiymətə başa gəlir.

Bazarlıq edən zaman Fairy Platinum yuyucu mayesini almağı unutmayın. Fairy, bir az ucuz olan ən çox satılan markadan 2 dəfə çox qənaət etməyə imkan verir. Bu Fairy qənaətidir!




Просмотров: 1 015