Elektron ticarət dünyanın bir çox aparıcı ölkələrində alıcılar üçün effektiv və rahat olduğunu sübut etmişdir. Son illərdə bu sahənin sürətli inkişafı Azərbaycanda da müşahidə olunur.
Bu yaxınlarda ölkəmizdə populyar olan "BeSmart" internet mağazası elektron satışın inkişafı istiqamətində növbəti addım ataraq, internet vasitəsilə pərakəndə satış sahəsində geniş təcrübəsi olan dünya brendi Procter & Gamble ilə əməkdaşlıq müqaviləsi bağlamışdır. İndi mağazaya getmədən bu şirkətin məhsullarını almaq istəyən alıcılar tez-tez istifadə olunan məhsulları (Pampers, Fairy, Ariel, Gillette, Pantene və s)
http://besmart.az/webshop/category/pg/ saytından ala bilərlər. BeSmart.az saytında ən azı
30 AZN dəyərində məhsul aldıqda, Bakı sakinləri üçün malların çatdırılması pulsuz həyata keçiriləcəkdir. 30 AZN-dən az olan sifarişə görə isə, Bakı daxilində çatdırılma cəmi 2 AZN təşkil edəcək. Bunun üçün saytın istifadəçisi bank kartı, MilliÖn terminalı, Albalı+, kuryer vasitəsi ilə çatdırılmasından istifadə və ya BeSmart-ın ofisində nağd ödəmə edə bilər.
İnternet vasitəsilə pərakəndə satış Azərbaycana bu yaxınlarda gəlmişdir, lakin dünyada mövcud olan tendensiya sübut edir ki, bu sahə ən azı yaxın 5 ildə inkişaf edəcək. Elektron satış sahəsində alıcıların vərdişlərinin dəyişdirilməsi və maddi-texniki təminat ilə bağlı çətinliklər var. Buna baxmayaraq, Procter & Gamble şirkətinin internet vasitəsilə pərakəndə satış sahəsinə göstərdiyi dəstək Azərbaycanda iqtisadiyyatın bu sahəsinin effektiv inkişaf edəcəyinə ümidləri artırır.
Procter & Gamble (P&G) haqqında P&G öz brendləri ilə dünyada təqribən 4.8 milyard insana xidmət göstərir. Şirkət Pampers®, Tide®, Ariel®, Head & Shoulders®, Always®, Pantene®, Fairy®, Blend-a-med®, Oral-B®, Wella®, Gillette®, Camay®, Safeguard®, Lenor®, Dreft®, Wash & Go®, Discreet®, Comet®, Londacolor® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün
www.pg.com saytına baş çəkin.