Mətbəxdə yemək hazırlayan zaman paltara ləkə düşməsi adi bir haldır. Narahat olmayın, Ariel bu ləkələri təmizləməkdə sizə kömək edəcək.
Kərə yağı və bitki yağı/heyvani yağlar/marqarin
Paltarları Ariel əlavə olunmuş suda isladın. Bir az keçdikdən sonra paltarı, üzərindəki etiketdə yazılan qaydada və lazım olan temperaturda yuyun.
Uşaq qidaları
Əgər sizin və ya uşağınızın paltarında uşaq qidasından ləkələr yaranibsa , sadəcə olaraq paltarı 2 saatlığa Ariel əlavə olunmuş suda saxlayın, sonra isə geyimi üzərindəki etiketdə yazılmış qaydalara uyğun şəkildə yuyun.
Çuğundur və ya qara qarağat.
Bənövşəyi ləkələr sizi qorxutmasın- onları təmizləmək mümkündür. Paltarı soyuq suda 1 saat isladın, sonra isə Ariel ilə yuyun.
Meyvələr
Paltarı soyuq suda 1 saatlığa isladın, sonra isə Ariel ilə yuyun.
Mayonez və süd
Paltarı istənilən Ariel yuyucu vasitəsi əlavə olunmuş suda isladın. Bir qədər keçdikdən sonra üzərindəki etiketdə yazılmış qaydalara uyğun olaraq yuyun.
Desertlər-şokolad, dondurma, mürəbbə
Əgər paltarınıza desert ləkəsi düşübsə, ürəyinizi sıxmayın. Ariel yuyucu vasitələri üçün təmizlənməyən ləkə yoxdur. Sadəcə paltarı isti suda Ariel-in istənilən yuyucu vasitəsilə isladın. Az sonra etiketdə yazılmış qaydalara uyğun olaraq yuyun.
Ədviyyatlar-çili, karri, xardal
Ləkələnmiş paltarı gündəlik yumada istifadə etdiyiniz Ariel yuyucu vasitəsi ilə isladın. Az sonra üzərindəki etiketdə yazılmış qaydalara uyğun olaraq yuyun.
Pomidor/ketçup/sous
Paltarı soyuq suda 1 saatlığa isladın. Sonra isə həmişəki kimi Ariel yuyucu vasitəsilə, etiketdə yazılmış qaydalara uyğun şəkildə yuyun.