27 декабря 2024

2 декабря 2015 11:04

BƏHRAM BAĞIRZADƏ VƏ NİGAR CAMAL İNSANLARI KEYFİYYƏTLİ MƏHSULLARI ALMAĞA ÇAĞIRIR - FOTO - VİDEO

19 Noyabr 2015-ci il tarixində Bəhram Bağırzadə və Nigar Camal yeni "Keyfiyyət sərfəlidir!" kampaniyasının təntənəli açılışında iştirak etdilər. Kampaniyada Procter & Gamble (P&G) şirkətinin keyfiyyətli məhsullarını əldə etməklə bərabər sərfəli alış-veriş edilməsinin mümkünlüyü vurğulanır.

Açılışda media nümayəndələri, bloqqerlər və digər tanınmış şəxslər iştirak edərək, P&G məhsullarının keyfiyyətində öz gözləri ilə əmin ola bildilər. Tədbirdə bir çox məhsulun keyfiyyətini sübut edən nümayişlər həyata keçirildi.

P&G brendləri olan Head&Shoulders, Ariel, Fairy, Blend-a-med, Pampers, Gillette, Pantene, Always və digər məhsullardan istifadə edənləri kampaniya çərçivəsində istehsalçı şirkət tərəfindən bir çox sürprizin hazırlanması bildirildi. "Keyfiyyət sərfəlidir" kampaniyası haqqında bütün yenilikləri öyrənmək və sualları vermək üçün Procter&Gamble Azerbaijan Facebook səhifəsinə və ya 088 - 440 - 00 - 00 qaynar xəttə mürəciət etmək olar.

Bəhram Bağırzadənin sözlərinə görə, P&G məhsulları onun və ailəsinin gündəlik istifadə etdiyi və əmin olduğu məhsullar olduğuna görə, bu məhsulların keyfiyyətini insanlara çatdırmaq onun üçün xoşdur. Onun bildirdiyinə görə, o, kampaniya ilə bağlı bir neçə reklam çarxında da iştirak edib. Bunları artıq televiziya kanallarında və həmçinin Procter & Gamble Azərbaycan  səhifəsindəP&G Youtube kanalından da izləmək olar.

Dünyada məşhur olan və ölkəmizin ən sevilən müğənnilərindən biri Nigar Camal da "Keyfiyyət Sərfəlidir" kampaniyasında iştirak etdi və bunun onun üçün maraqlı təcrübə olduğunu bildirdi. Nigar Camalın dediyinə görə, hazırda P&G məhsullarının istifadəçiləri üçün maraqlı xəbər və tədbirlər hazırlanır.

<

Procter & Gamble (P&G) haqqında

Şirkət Always®, Ariel®, Fairy®, Febreze®, Gillette®, Head & Shoulders®, Lenor®, Oral-B®, Pampers®, Pantene®, Tide® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com  saytına baş çəkin.


Просмотров: 5 513