Safeguard əl sabunu və köpüklənən mayesini istifadə edərək uşaqlarınızı müdafiə etməyi və onlarda sağlam vərdişləri aşılamağın yollarını öyrənin.
Uşaqları müdafiə etmək üçün tövsiyələr
Yaxşı gigiyenaya riayət etmə ailəni xoşbəxt və sağlam saxlayır. Safeguard-ın təqdim etdiyi məhsulların köməyi ilə ailənizi müdafiə edərək, onları xəstəliyə səbəb olan mikroblardan, bakteriyalardan və viruslu infeksiyalardan uzaq saxlayın.
Uşaqlarınıza Sağlam Vərdişlərin Aşılanması
Valideyn olaraq biz uşaqlarımızın ilk müəllimləriyik və sağlam gigiyenik vərdişləri formalaşdırdığınız zaman bu, xüsusilə, yüksək əhəmiyyət kəsb edir.
Kiçik uşaqlar qorxusuz tədqiqatçılardırlar və onlar öz dünyalarını görmə, toxunma və hətta dadma ilə kəşf edirlər. Onların öyrənməsinə və inkişafına müdaxilə etməməyinizlə yanaşı, demək olar ki, gördükləri hər şeyə toxunmaq və dadmaq istəkləri onları xüsusilə bakteriya və viruslar kimi mikroblara qarşı həssas edir.
Bakteriyalar Haralarda Olur?
Bakteriyalar qapı dəstəkləri, oyuncaqlar, hətta, kompüter klaviaturaları kimi yerlərdə yayılırlar və fərdi gigiyena zəif olan zaman bu asanlıqla baş verir. Körpələrdə və çağalarda həssas immunitet sistemi vardır və buna görə də, onlara parazitlərin düşmə ehtimalı çoxdur.
Uşaqlarınıza öyrədə biləcəyiniz ən əsas şeylərdən biri sadə əlyuma vərdişidir. Yeməkdən əvvəl, çöldən qayıtdıqdan sonra onları əllərini yumağa öyrətmək infeksiya və xəstəlik riskini azaldacaq. Safeguard sabununu və ya köpüklənən əl mayesini sınayın. Kiçik uşaqlarınızı mikroblar və bakteriyalar haqqında danışıqlar ilə həyəcanlandırmayın, sadəcə əlləri yuma, dişləri fırçalama, vanna və ya duş qəbul etmə kimi yaxşı fərdi gigiyena vərdişlərini gündəlik fəaliyyətlərinin bir hissəsi halına gətirin. Siz onlarda həyatlarının sonlarına qədər faydalanacaqları sağlam vərdişlər üçün möhkəm bünövrə yaradacaqsınız.
Sağlam vərdişləri aşılamağın beş yolu
1. Çağalarınızı tualetə getməyə öyrədərkən, ondan sonra əllərini necə yumalı olduqlarını göstərin.
2. Yeməkdən əvvəl ailənin bütün üzvlərini Safeguard sabunu vəsaitlə əllərini yumağa həvəsləndirin. Uşaqlar bezdirici fəaliyyət kimi görünən işləri tez yerinə yetirə bilərlər, buna görə də, onların əl yumaq üçün nə qədər vaxt sərf etməli olduqlarını başa düşmələri üçün qısa mahnılar oxuya bilərsiniz. Bu, həmçinin, fəaliyyəti bezdirici deyil, əksinə şən bir işə çevirəcək.
3. Əgər uşağınızda soyuq dəymə və ya qrip varsa, onlara öskürərkən ağızlarını necə tutmalı olduqlarını, burunlarını təmizləyərkən salfetkadan istifadə etməli olduqlarını və əllərini yumalı olduqlarını öyrədin. Onlara izah edin ki, bu onların yaxşılaşmasına kömək edəcək və hər kəsi sağlam saxlayacaq.
4. Uşaqlar adətən bizim hərəkətlərimizdən nümunə götürürlər: dişlərinizi fırçalayarkən, əllərinizi yuyarkən və burnunuzu təmizləyərkən qoyun uşaqlarınız sizə baxsınlar.
5. Əgər uşağınız mətbəxdə sizə kömək etmək istəyirsə, yemək bişirməzdən əvvəl birgə əllərinizi yumağı adət halına gətirin.