27 декабря 2024

14 сентября 2015 09:28

MİKROBLARIN EVİNİZDƏKİ QAYNAR NÖQTƏLƏRİ



Onların səthləri təmiz görünə bilər, lakin evinizin bir çox hissəsi mikrob və bakteriyaların əmələ gəlmə mənbəyi ola bilər. Qapı dəstəkləri, kranlar, dəsmallar, qab-qacaq bezləri, süngər və hətta telefonunuz belə potensial təhlükəli bakteriyaların limanı ola bilər. Yaxşı xəbər odur ki, sadə gigiyena tədbirləri ailənizin bu cür patogenlərə (xəstəlik törədənlər) yoluxmasını azaltmaq üçün çox təsirli ola və infeksiyanın qarşısını kəskin şəkildə almaq üçün kömək edə bilər. Bu evin bütün sahələrindən mikrobları tamamilə aradan qaldırmaq üçün praktik olmasa da, sağlamlığa böyük təhlükə yaradan sahələr var.

Qaynar nöqtələrə zərbə endirin: mikroblar ən çox harada yaşayır?

• Əllər-Əlləriniz bir yerdən digər yerə bakteriyaları asanlıqla ötürür. Əllərinizi tez-tez Safeguard maye sabunu və ya köpüklə yuyun, xüsusilə də vanna otağına baş çəkdikdən və ya uşağınızın bezini dəyişdikdən və yemək hazırlamadan, hətta linzaları çıxarmadan əvvəl və sonra yuyun. Asqırmadan və öskürmədən sonra əllərinizi Safeguard sabunu ilə yumağa çalışın. Dünya Gigiyena Şurasına görə, 20 saniyə optimal əl yuma vaxtıdır.

• Mətbəx səthləri-Bakteriyaların ərzaqdan əllərə və yenidən geri yoluxmasının qarşısını almaq üçün müntəzəm olaraq yemək hazırlanan səthləri təmizləyin, durulayın və dezinfeksiya edin. Evdə xəstə biri olduqda xüsusilə ayıq olmaq vacibdir. Ərzaqları düzgün qaydada saxlamağı və bişirməyi unutmayın və çiy ət suyunun digər ərzaqların üzərinə damcılamasına şərait yaratmayın.

• Qab-qacaq bezləri-Bunlar bakteriya ilə dolu ola bilərlər, belə ki bu bakteriyalar bezin səthində uzun müddət yaşaya və hətta inkişaf edə bilər. Qab-qacaq bezlərini müntəzəm olaraq dezinfeksiya edin, onları yüksək temperaturda yuyun və tez-tez dəyişin.

• Paltar yuma- Bakteriya asanlıqla bir paltardan digərinə keçə bilər. Yüksək temperaturda yuma və ya hər hansı bir çirkli əşyalar üçün paltar dezinfeksiyaedici vasitədən istifadə etmək çox vacibdir. Həmçinin nəm paltarlarda mikrobların çoxalmasının qarşısını almaq üçün yuduqdan dərhal sonra paltarlarınızı qurudun.

Aşağıdakı ev səthlərini təmiz saxlayın və müntəzəm olaraq dezinfeksiya edin:

• Doğrama lövhələrini
• Təmizlik bezlərini
• Tualet oturacağı, tutacağı və ətrafını
• Kranları
• Mətbəxdə iş səthlərini
• Elektrik açarlarını
• Telefon dəstəklərini
• Çanaq, vanna və duşu


Просмотров: 1 010