13 декабря 2024

21 августа 2015 11:12

ÜMÜMİ QONAQ OTAĞI TƏMİZLİYİ



Əgər siz tez-tez qonaq qəbul etmirsinizsə, çox güman ki, qonaq otağınız istirahət etmək üçün qaçdığınız məkandan daha çox əşyalar saxlanan bir məkana çevrilib. Bu sadə üç addımla - səliqəsizliyi aradan qaldırılmaq, təmizlik və salamlama toxunuşuları əlavə etməklə qonaqlarınızı heyran edəcəksiniz!

Addım 1: Səliqəsizliyin aradan qaldırılması və təmizlik

Artıq ehtiyacınız olmayan əşyaları atın və ya kiməsə verin. Saxlamaq istədiklərinizi isə qutulara və səbətlərə yığaraq zirzəmidə, çardaqda və ya dolabda saxlayın. Bu prinsipləri nəzərə alaraq səliqəsizliyi aradan qaldırın və təmizliyə keçin.

Siyirtmələri təmizləyin: Tumbaları, şkafları və masaları şəxsi əşyaları çıxartmaq, eyni zamanda qonaqların əşyaları üçün yer ayırmaq üçün təmizləyin. Siyirtmələrin içərisini və mebelinizin üzərini təmizləyici sprey ilə təmizləyin və qurulamaq üçün kağız dəsmallardan istifadə edin.

Paltar dolabını yoxlayın: Əgər başqa otağınızda yer varsa, geyimlərinizi və ya paltolarınızı qonaqlarınız ziyarəti əsnasında ora yerləşdirin. Yer sıxdır? Piləlli asılqanlardan istifadə edin, bu yolla dolabın sadəcə bir hissəsini istifadə edəcəksiz və hələ də qonaqların paltarlarını asması üçün kifayət qədər yer qalacaq. Rahatlıq üçün əlavə örtük və dəsmallar qoyun.

Yatağın altına baxın: Əgər qonağın yatağında büzməli, yerə qədər örtük varsa, onun altında olan nə varsa, qala bilər. Lakin burada görünən gizlədilməli əşyalar varsa, onları yatağın altında saxlayın və ya başqa bir yerə köçürmək barədə düşünün. Yatağın altındakı hər şeyi çıxarın, əşyalarınızı təmizləyin. Təmizlik tamamlandıqdan sonra saxlanılan əşyaları yerlərinə qaytarın.

Addım 2: Səthləri təmizləyin

Bu mərhələdə bu oyunun baş ifaçısı sizsiniz, sistemləşdirdiyiniz kimi təmizləyin. Lakin bəzi diqqətsizliklərdən qaçınmaq üçün bunları nəzərinizdə tutun.

Toz: Ventilyator, televizor, çarpayı çərçivələri, mebel, jalyuz, lampa və yüngül əşyaların üzərindəki tozları alın.

Yumaq: Yataq dəstlərini, dəsmalları və örtükləri yumaqla onlara təravət verin. Əgər sizin yuyulan parçadan pəncərə örtükləriniz də varsa, onda onları da yuyun. Yuma zamanı daha mükəmməl nəticə üçün Ariel Gel-dən və Lenor yumşaldıcısından istifadə edin. Parçalarınızın təmiz, təravətli və yumşaq olmasından siz də bir ev xanımı kimi qürür duyacaqsınız.

Tozsoran: Nəhayət, hər şeyi bitirdikdən sonra sonda xalçanı tozsoranla təmizləyin və ya parket döşəməni silin. Küncləri unutmayın!

Addım 3: Son toxunuşlar


İndi səliqəli və təmiz bir mənzil ilə müsbət bir qalıcı təəssürat yaratmaq şansınız var.

• Hər şeyin düzgün işlədiyindən əmin olun - işıq lampalarını yoxlayın, saatı düzgün vaxtda qurun və pultların təzə batareyaları olduğundan əmin olun. Qonaqlarınızın nəyin necə idarə olunduğunu aydın başa düşməsi üçün pultların üzərinə funksiyalarına uyğun etiketlər yapışdırın.

• Qonaqlar üçün hədiyyə səbəti: səbətdə və ya sinidə əl ilə hazırlanan bəzəklər və ya evdə hazırlanan konfetlər kimi hədiyyələr edin. Yaxud da dəsmal, sabun, toxunmalar və evdən uzaqda ehtiyac duyulan digər funksional əşyalar hədiyyələr edin. Daha uzağa getmək istəyirsiz? Güldanda təravətli güllər hədiyyə edin.

Qonaqların evlərindən uzaq bir evdə özlərini arzulanan və rahat hiss etmələrini siz necə təmin edərsiniz? Öz ipucularınızı aşağıdakı şərhdə bizimlə paylaşın!


Просмотров: 1 364