Bilmirəm, insanlar
Head&Shoulders məhsulundan istifadə etdiyimi biləndə niyə təəccüblənirlər. Saçlara təkcə dəbdəbəli görkəm verməyən, həm də dərini mümkün kəpək yaranmasından qoruyan şampunlar çox azdır.
Sofiya Head&Shoulders-lə birgə işi haqqında Mən Head&Shoulders brendi ilə işləmək təklifini çox böyük həyəcanla və məmnuniyyətlə qəbul etdim. Axı artıq 20 ildən çoxdur onların məhsullarından istifadə edirəm və həmişə nəticədən razıyam!
Head&Shoulders məhsulları sayəsində baş dərisinin sağlamlığı barədə narahat olmuram. Bilirəm ki, kəpəkdən etibarlı şəkildə müdafiə olunuram. Bundan əlavə,
Head&Shoulders şampununun saçlarıma tam qulluqla təmin etməsi, onları ipək kimi yumşaq və sözəbaxan etməsi mənim xoşuma gəlir.
Nəticədə, həm sağlam baş dərisinə, həm də dəbdəbəli saçlara malikəm. Bundan artıq nə istəyə bilərəm?
Sofiya Head&Shoulders-dən qadınlar üçün kolleksiyalar haqqında
Head&Shoulders-in qadınlar üçün xüsusi kolleksiyaları çox xoşuma gəldi. Hər bir qadın öz saçının növünü və tələbatlarını nəzərə almaqla, onda özü üçün optimal vasitələr tapa bilər. Nəinki sağlam, həm də gözəl saçlar əldə etmək hələ belə asan olmamışdı!
Qadınlar üçün xüsusi kolleksiyalarda həyatın bütün anları üçün vasitələrin olması xoşuma gəlir.
"İntensiv bərpa" kolleksiyasından, eləcə də "Hamar ipək" kolleksiyasından olan
Head&Shoulders məhsullarından istifadə etməyi sevirəm. Onlar mənim üçün idealdır - saçlarım dərhal həcmli və güclü olur və mən qırmızı xalı üzərində göz qamaşdırmağa hazıram.
Əgər saçlarımın sözə qulaq asan olmasını və gözqamaşdırıcı parlaqlığı ilə diqqət çəkməsini istəyirəmsə,
Head&Shoulders "Hamar ipək" 2-si 1-də şampun və balzam-kondisionerinə üstünlük verirəm. Bilirəm ki, onlarla diqqətdən kənarda qalmayacağam.
Mənim işimlə, onun dəlisov ritmi ilə, sonsuz tədbirlər və çəkilişlərlə saçlar çox böyük stress keçirir və çox vaxt xüsusi qulluğa ehtiyac duyur. Belə hallar üçün məndə həmişə ehtiyatda
Head&Shoulders "Qadınlar üçün saç tökülməsinə qarşı" vasitəsi var. Bilirəm ki, onlar kövrəkliyin və mümkün zədələnmələrin qarşısını almaqla, saçlarımın hər birini qorumağa kömək edəcək.
Head&Shoulders-in qadınlar üçün kolleksiyalarından məhsulları öz istəklərinizdən asılı olaraq seçin və gözəl və sağlam saçlardan həzz alın!
Sofiyadan gözəllik sirləri Sağlam baş dərisi olmadan, sağlam saçlar olmur. Bilirəm ki, saçlarımın gur, güclü, parlaq və həcmli olması üçün baş dərisinə qulluqdan başlamaq lazımdır.
Mən vasitələri öz şəxsi xüsusiyyətlərimi və seçimlərimi nəzərə almaqla seçirəm. Əgər hansısa məhsul mənim rəfiqəmin işinə yarayıbsa, bu o demək deyil ki, o, mənə də yarayacaq. Mən öz ideal variantımı axtarıram!
Mənim idealım - Sofi Lorendir, o, həmişə ona nəyin yaraşdığını bilir və heç var özünün əvəzolunmaz stilindən uzaqlaşmır.
Mənim kosmetika çantamda həmişə kipriklər üçün tuş və dodaq boyası olur. Mən heç vaxt küçəyə onlarsız çıxmıram. Həmçinin üzümə təravətli görünüş vermək üçün özümlə gizlədici vasitə də götürürəm.
Mənim səhər ritualım nəmləndirici krem və ya zərdab sürməkdən başlayır. O, bütün gün ərzində qalacaq bərabər makiyaj çəkməyə kömək edir. Adi günlərdə dekorativ kosmetikadan o qədər də istifadə etməməyə çalışıram: tuş, ənlik və dodaq boyası kifayətdir.