27 декабря 2024

25 июня 2015 10:27

YENİ PANTENE-İN ARXASINDAKI ELMİ KƏŞF EDİN



Yeni bir məhsulun necə hazırlandığı barədə heç maraqlanmısınız? Məsələn Yeni Pantene kimi...Pantene-in uzun və görkəmli tarixi boyunca yaratdığı bir çox ilklər, öz geniş elmi təcrübəsi və tədqiqatları ilə tanınır. Yeni Pantene seriyaları da bu tədqiqatların nəticələridir.

Saçın quruluşuna görə hazırlanan Yeni Pantene-in arxasındakı bir neçə maraqlı məlumatı sizinlə paylaşırıq:

• Yeni Pantene məhsullarının inkişaf etdirilməsi mərhələsində dünya üzrə 20 000-dən çox istehlakçı iştirak etmişdir.

• Yeni Pantene-in inkişaf etdirilməsi üçün 5 ildən çox tədqiqat aparılıb.

• Yeni Pantene formulaları laboratoriyalarda 500-dən artıq texniki testdən və 26 üsul ilə çətin testlərdən keçirildi və texniki performansı təsdiqləndi.

• Yeni Pantene hazırlanarkən 15-dən çox saç stilistindən məsləhət alınmışdır.

• İndiyə qədər heç istifadə olunmayan 13 formula istifadə olundu.

• Tədqiqat prosesində 17 həkim iştirak etdi.

• Bütün bu səylərin nəticəsində həm saçın quruluşuna, həm də tələb olunan görünüşə nail olmağınızı təmin edən yeni Pantene məhsulları ortaya çıxarıldı.

Güclü saçlara sahib olmağın faydası nədir?

Qalın telli saçlar ümumən güclüdür. Bunun səbəbi qalın telli saçlarda, saçın güclü olmasını təmin edən iç qatda, incə tellərə nəzərən daha çox protein vardır. Qalın telli saçlar təbii olaraq daha həcmlidir. Eyni zamanda, forma vermək baxımdan da qalın telli saçlar daha çox imkana sahibdir, çünki incə telli saçlarla müqayisədə qalın telli saçlar daha asan qıvrılır.

İncə telli saç istilikdən nəyə görə sönür/düzləşir?


Saç, nəm, qorxulu. Bu 3 söz, xüsusən, yaz aylarında birlikdə istifadə olunur! Qıvrım saçların isti və nəm olduğu zaman elektrikləndiyi kimi, incə telli saçlar da nəm qarşısında sönür/düzləşir. İncə telli saçlar qalın telli saçlarla müqayisədə daha düz və elastikdir. Bu səbəblə, nəm şəraitdə incə telli saçlar həcmini itirərək düzləşir. Bütün bu dediklərimizə əks olan bir həll tapacağınızı düşünməyinizə baxmayaraq, incə telli saçların nəm faizini nəzarət altında saxlamaq üçün müntəzəm olaraq saçlara qulluq kremi istifadə edilməlidir. Yaxşı ki, saçları ağırlaşdırmayan yüngül formulalı qulluq məhsulları mövcuddur. Beləliklə, saçlarınızı ağırlaşdırmadan havadakı nəmin saçınızın üzərindəki təsirini azalda bilərsiniz.

Saçımın gücsüz olduğunu necə anlaya bilərəm?

Zəif saç, protein və yağ kimi quruluş tərkibini itirmiş və qırılmaya meyilli saçdır. Zəif/gücsüz saçların ən gözə çarpan xüsusiyyəti qırıq saç uclarıdır. Bununla yanaşı, həddindən artıq dolaşmaq, mat görünüş və normadan artıq sərt reaksiya verməsi gücsüz/zəif saçın əlamətidir. Saçımın nə qədər nəmə ehtiyacı olduğunu necə bilə bilərəm? Saçınızın ehtiyacı olan doğru miqdarda nəm miqdarını qəbul etməsi üçün saç quruluşunuza uyğun məhsulları seçməyiniz vacibdir. Məsələn, qalın telli saçın almalı olduğu nəmin miqdarı incə telli saçlar üçün artıqdır. Bu səbəblə, Pantene saç quruluşunuza görə fərqli nəmləndirici xüsusiyyəti olan saçlara qulluq seriyaları inkişaf etdirmişdir. Əvvəlcə, saç quruluşunuza uyğun şampun və nəmləndirici saçlara qulluq kremi istifadə edin. Ekstra nəm istəyən quru saçlarınız üçün isə həftədə 1-2 dəfə intensiv qulluq göstərən saçlara qulluq maskası/rejimi istifadə edə bilərsiniz.Əgər yağlı saç dibi və quru saç ucları kimi qarışıq saç quruluşunuz varsa, saçlara qulluq maskası/rejimlərini sadəcə saçınızın alt/uc bölgələrinə tətbiq edin.

Boyalı və qıvrım saçların parlaqlığı nəyə görə daha azdır?

Boyalı saçlar saç piqmentini və şəffaf səthini dəyişdirən oksidativ boyama prosesindən keçmişdirlər. Saç piqmentləri saç telinin iç tərəfində yerləşir. Saç boyama texnologiyası ilk olaraq saçın xarici qatlarını keçərək, hədəflədiyi piqmentə çatmalıdır. Bu proses isə saçdakı xarici qatlara zərər verərək boyalı saç səthinin sərt, bulanıq olmasına səbəb olur və nəticədə saç səthinin işıqla təması dəyişir. Bütün bunlar da boyalı saçların mat görünməsinə səbəb olur. Boyalı saçların canlı parlaqlıqlarını qorumaq üçün saç kutikullarının hamar hala düşməsinə kömək edərək düzgün durmasını və işığı düzgün əks etdirməsini təmin edən saçlara qulluq məhsulları istifadə olunmalıdır. Bunun üçün Pantene Boyalı Saçlar üçün hazırlanmış şampun, saç kremi və saçlara qulluq məhsullarını tövsiyə edirik.

Qıvrım saçın böyük əyri və qıvrımları saç kutikulunda nahamar nöqtələr yaradır və saç tellərinin düzgün nizamlanmasını çətinləşdirir. Bu nizamlama olmadan buruq saç telləri işığı dağıdır və saçın cansız görünməsinə səbəb olur.


Просмотров: 1 161