27 декабря 2024

1 апреля 2015 14:11

KİŞİNİZƏ BİR AZ DAHA QAYĞI GOSTƏRMƏYİN VAXTIDIR



Azalan saçlar kişilərin özlərinə inamlarını və gəncliklərini itirdiklərini fikirləşməsinə səbəb olan amillərdən biridir. Bu səbəblə utancaq bir şəkildə izdihamlardan uzaq duran bəzi kişilərin olduğunu siz də bilirsiniz. Saçların qayıtmasını təmin etmək sanki zamanı geri qaytarmış kimi onların özünə inamını da geri qaytara bilər. Məhz bu səbəbdən Head&Shoulders-in təklif etdiyi həll yollarını mütləq nəzərdən keçirməlisiniz. Ardını oxuyun... 

Dünyadakı kişilərin təqribən üçdə birində saç tökülməsi probleminin olduğunu bilirik. Bu da bir çox qadının tökülən saçların kişilər üçün nə mənaya gəldiyini bildiyini göstərir. Bəzi qadınlar da sevdikləri adamların yaşadığı bu problemi həll etmək üçün yollar axtarır. Saçsız kişilər ilk qarşılaşmada xeyli utancaqdırlar, şəkil çəkdirmək kimi hər kəsin baxacağı işlərdən çəkinirlər. Çünki bu cür hallardan narahatlıq duyur, kimsənin onlara baxmayacağı hallara üstünlük verirlər. Bu vəziyyətdən xilas olmaq üçün isə yardıma ehtiyac duyurlar.

Saç tökülməsinin bir çox səbəbi ola bilər, amma hər halda saç tökülməsi və ya qırılması probleminə qarşı vacib bir məlumatı yadda saxlamaq lazımdır. Saçınıza qulluq edərkən ya da kəpək kimi saç dərisi problemləri ilə məşğul olarkən də bu vacib məlumata ehtiyacınız olacaq. Yaxşı xəbər budur: Head&Shoulders saç sağlamlığınızı qorumaq üçün hər cür dəstəyi sizə verəcəkdir. İlk istifadədən sonuncusuna qədər saçlarınızın nə qədər dəyişdiyini asanlıqla görəcəksiniz. Eyni vəziyyət kişilərə də aiddir. Head&Shoulders onların da həyatda daha möhkəm olmaları üçün ehtiyacları olan dəstəyi təmin edir. Bütün məsələ başınızı qarışdıran bu problemi sürətlə və asanlıqla həll etməkdir.

Head&Shoulders Saç Tökülməsinə Qarşı Kolleksiyasında bir şampun, ikisi birində başqa bir şampun və son dərəcə innovativ saç tökülməsinə qarşı tonik vardır. Bu məhsullarda olan kofein saçınızın həm güclənməsini, həm də uzanmasını təmin edir, saç dərisindən uclara qədər ehtiyacınız olan bütün qulluğu təmin edir. Toniki saçlarınıza istər yaş, istər quru ikən tətbiq edə bilərsiniz. Nəticə daha dolğun, qalın və çevik saçlar olacaqdır. Kolleksiyanın bütün elementlərini istifadə etdikdə yüz faiz sağlam saçlara sahib olmaqla qalmaz, kəpək problemindən də tamamilə xilas olarsınız.

Head&Shoulders-in köməyilə kişinizi onu ilk tanıdığınız günlərə qaytara bilərsiniz; özündən əmin və sizi başdan çıxarmağa hazır. Ümid edirik ki, bu, köhnə dəbli geyimlərə və musiqiyə qayıtmaq mənasına da gəlməz...


Просмотров: 1 818