26 декабря 2024

3 марта 2016 09:26

PENDİR İÇLİKLİ GÖBƏLƏK

Pendir içlikli göbələk əsas yemək olmaqla yanaşı, nahar və şam yeməklərində əsas yeməyin yanına əla əlavə dadlandırıcı da ola bilər. Onun sadə reseptini bizim saytda öyrənə bilərsiniz.

Pendir içlikli göbələk əsas yemək olmaqla yanaşı, nahar və şam yeməklərində əsas yeməyin yanına əla əlavə dadlandırıcı da ola bilər.

Porsiya sayı: 4 (əgər yüngül qəlyanaltıdırsa) və ya 2 (əsas yemək).

İnqrediyentlər:

  • Böyük şampinyon göbələklər - 4 əd.
  • Kərə yağı- 80 q
  • Duz və istiot- zövqə görə
  • Zeytun Yağı - 15 ml (1 xörək qaşığı)
  • Bekon - 125 q
  • Yaşıl soğan- 8 budaq
  • Feta pendiri - 100 q
  • Evdə hazırlanmış pomidor sousu - 500 ml (2 stəkan)
  • Talyatelle pastası- 200 q

Hazırlama qaydası:

1. Soba qabının üzərinə kərə yağı sürtün, göbələklərin papaqlarını ora düzün, üzərilərinə duz və istiot səpdikdən sonra hər göbələyin üstünə 1 dilim kərə yağı qoyun. 180 °С temperaturda 10-15 dəqiqə qızardın.
2. Soğan və bekonu xırda şəkildə doğrayaraq zeytun yağında bir neçə dəqiqə qızardın. Biraz soyumağını gözləyin və sonra feta pendiri ilə qarışdırın.
3. Hazır qarışığı göbələklərin üzərinə qoyun və daha 5 dəqiqə sobada saxlayın. 
4. Talyatelle pastası və evdə hazırlanmış pomidor sousu ilə süfrəyə verin.

Belə dadlı hazırlanmış nahardan sonra çoxlu cirkli yuyulası qab qalacaq, narah olmayın, Fairy  ilə en yağlı qabların ohtəsindən belə rahatlığla gələ biləcəksiniz.

*** Materiallardan hər hansı birinə allergiyası olanların istifadəsi uyğun deyil. Belə bir hal üçün Lady.Day.az qətiyyən məsuliyyət daşımır.


Просмотров: 2 068