Bu il ənənəvi hinduşka yeməyinə barbekyu dadı əlavə edin. Qalan ət hər zaman Boksinq Günü üçün əla sendviç içliyi olur!
İnqrediyentlər (8 nəfərlik)
- 500 q yumşaq kərə yağı
- Kəklikotu, rozmarin, adaçayı və doğranmış cəfəri
- 250 q yaxşı doğranmış bekon
- 2 ədəd limonun suyu və qabığı
- 1 ədəd hinduşka (şəkildəki 2.5 kq-dır)
- 3 ədəd ikiyə bölünmüş limon,
- 6 ədəd dörd yerə bölünmüş qırmızı soğan
- 4 diş eninə iki yerə bölünmüş sarımsaq
- 500 ml toyuq bulyonu
Hazırlanma qaydası
1. Yağ, ədviyyat, sarımsaq, bekon, limon suyu və qabığını mətbəx kombaynının içərisinə qoyun. Bunları iri formada üyüdün.
2. Barmaqlarınızın ucları ilə hinduşkanın döşündəki dərini aralayın. Yağlı qarışığın yarısını dərinin altına qoyun və yayın. Yarı bölünmüş limonları hinduşkanın içərisinə qoyun və mətbəx ipindən istifadə edərək ayaqlarını möhkəm bağlayın.
3. Hinduşkanı barbekyuya sığan soba qabının üzərinə qoyun və yağlı qarışığın qalanını üzərinə yayın. Qırmızı soğanları və sarımsaq dişlərini qaba qoyun və bulyonu əlavə edin. Qabı orta ölçülü kömürlü barbekyuya qoyun və qapağını bağlayın. Hinduşkanı 3 saat az temperaturda bişirin.
4. Hər bir saatdan sonra barbekyunun qapağını açın və tavadakı sousu hinduşkanın üzərinə tökün. Əlavə kömür üçün ayrıca od qalayın ki, hər saatda bir barbekyunun altına əlavə edə biləsiniz.
5. Hinduşkanın bişib-bişmədiyini yoxlamaq üçün onun budunun ətrafında ən qalın ət qatına bıçaq batırın. Bıçağı orada 15 saniyə saxlayın. Əgər bıçaq çox isti olarsa və çıxan su təmiz olarsa, deməli hinduşka artıq bişib.
6. Hinduşkanı soba qabından götürüb süfrə qabına yerləşdirin. Tərəvəzləri soba qabından qaşıqla götürüb hinduşkanın yanına yerləşdirin.
7. Qonaqlarınız üçün zəngin süfrə yaratmaq üçün bizim möhtəşəm Milad menyumuzdan seçiminizi edin:
8. Çörək
Göbələk əzməli parmesan kağız çörəyi
9. İştah açıcı
Pansetta və ağ çaxırlı dəniz molyusku
Ağ pendir və reyhan pestolu qulanç
İspanaq və Gruyère suflesi
Soyuq İspan badam supu
10. Əsas yemək
Bal, xardal və mandarinli bud
Buğda xardallı çolpa
Ədviyyat, feta və Parmesan pendirli quzu ayağı
11. Qarnir
Qızardılmış kartof
Parmesan pendiri souslu Gül kələmi
Pomidor və feta salatı
12. Şokolad desertləri
Şokoladlı karamel likörü
Pavlova Milad çələngi
Malina və ağ şokoladlı çizkeyk
Ağ şokolad muslu keks
Meyvəli dondurma
Mətbəxdə eksperiment etməkdən çəkinməyin. Ola bilər bişirdiyiniz reseptdə göstəriləndən daha dadlı alınacaq, əsası sizin və yaxınlarınızın zövgünə oxşasın, mətbəxdə qalan yağlı qablarla Fairy bacaracaq.
*** Materiallardan hər hansı birinə allergiyası olanların istifadəsi uyğun deyil. Belə bir hal üçün Lady.Day.az qətiyyən məsuliyyət daşımır.