Payız süfrəsində tərəvəz neməti!
Hazırlıq: 30 dəqiqə
Bişirmə müddəti: 50 dəqiqə
4 porsiya
Hazırlanma çətinliyi: orta
Dəyəri: orta
İnqrediyentlər
- 1 kq zukkini
- 200 q motsarella pendiri
- 100 q sürtkəcdən keçirilmiş parmesan pendiri
- 600 q dəymiş pomidor
- 1 diş sarımsaq
- 2 xörək qaşığı zeytun yağı
- Kiçik dəst yaşıl reyhan
- Zukkinin qızardılması üçün bitki yağı
- Qızartmaq üçün un
- duz, istiot
Hazırlanma qaydası
Zukkinini yuyub qurutduqdan sonra uzununa yarım santimetr qalınlığında doğrayın.
Unu duz ilə qarışdırın və sonra zukkini dilimlərini bu qarışığa batıraraq qızılı rəngə çalana qədər hər iki tərəfini tavada bitki yağında qızardın. Daha sonra kağız salfetka sərilmiş boşqaba qoyun ki, əlavə yağ süzülsün.
Eyni vaxtda pomidor pastasını hazırlayın. Pomidorların üzərini xaç formasında kəsin və qaynayan suyun içərisinə qoyaraq 1 dəqiqə orda saxladıqdan sonra soyuq su ilə yaxalayıb qabığını soyun. Xırda formada doğrayın. Dərin tavada zeytun yağını isidin, üzərinə 1 diş sarımsağı əlavə edin və onu hərtərəfli qızartdıqdan sonra götürün. Tavaya pomidorları əlavə edib duzlayın və tavanın qapağını bağlayaraq pomidorları vam odda 20 dəqiqə pörtlədin. Ən sonda bir neçə yarpaq reyhan əlavə edin.
Soba qabının üzərinə ilk olaraq biraz pomidor pastası, sonra zukkini dilimlərini, ardınca motsarella dilimlərini düzün, üzərinə parmezan pendiri səpin və bir neçə yarpaq reyhan əlavə edin. Daha sonra yenidən pomidor pastası, zukkini, motsarella, parmesan, reyhan - bu şəkildə inqrediyentlər bitənə qədər davam edin.
Sobada 180 dərəcə istilikdə üzəri qızılı rəngə çalana qədər qızardın.
Tavada zukkini və ya tavada qabaq qızartması - sizin sevimli yeməyinizdir? "Məqalə yazmaq" düyməsini basaraq reseptləri bölüşün.
Belə dadlı nahardan sonra, ailə üzvləriniz də masanı yığışdırmağa sizə kömək etmək istiyəcəklər.Fairy bu işlərdə sizə yardımçı olacaq, bir neçə dəqiqəyə qablarınızı təmiz və parlaq edəcək.
*** Materiallardan hər hansı birinə allergiyası olanların istifadəsi uyğun deyil. Belə bir hal üçün Lady.Day.az qətiyyən məsuliyyət daşımır.