Procter & Gamble (P&G) Azərbaycan tərəfindən keçirilən"Keyfiyyət Sərfəlidir, çünki...", video-müsabiqəsinin qalibləri müəyyən edildi. Bu müsabiqənin məqsədi məhz keyfiyyətli məhsulların istifadəsinin önəmini və onların sahibinə gətirdikləri sərfəliliyi bir daha gündəmə gətirməkdir. Müsabiqə iştirakçılarından əsas tələb isə bunu təsdiq edən təcrübələrini paylaşmaq idi. Əsas mükafatın - 3000 AZN dəyərində hədiyyə kartının qalibi Vadim Fikrətoğlu (https://www.youtube.com/watch?v=vbJXV1ahEDM) olub. Məlum olduğu kimi müsabiqə hamı tərəfindən sevilən aktyor, rejissor, publisist və rəssam Bəhram Bağırzadənin siması olduğu genişmiqyaslı "Keyfiyyət Sərfəlidir" kampaniyası çərçivəsində keçirilib. Qalib təxmini 2000 iştirakçı arasında məhz Bəhram Bağırzadə tərəfindən seçilib.
Bununla yanaşı bəzi videoların Bəhram Bağırzadə tərəfindən həddindən çox bəyənilməsi nəticəsində onun təklifi əsasında əlavə olaraq daha 5 iştirakçıya hədiyyə verilib:
2-ci yer - İsa Əsədov (http://keyfiyyetserfelidir.az/video/show/1421/)
3-cü yer - Elnur Cərayılov (http://keyfiyyetserfelidir.az/video/show/1842/)
Həmçinin, 28 Mall-da yerləşən P&G stendində çəkilən videolar:
1-ci yer - Mahir Məmmədov (http://keyfiyyetserfelidir.az/video/show/202/)
2-ci yer - Küləklə sovrulanlar (http://keyfiyyetserfelidir.az/video/show/210/)
3-cü yer - Sevil Bağırova (http://keyfiyyetserfelidir.az/video/show/199/)
Bu iştirakçılar P&G şirkətindən 100 azn-dən 400 azn-ə qədər hədiyyə katları əldə edəcəklər. Qaliblər hədiyyə kartlarını yalnız keyfiyyətli məhsullar almaq üçün istifadə edə biləcəklər. Qaliblərə 20 Fevral 2016-cı il tarixində hədiyyələrlə təltif olunacaqlar.
Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün keyfiyyətin sərfəli olduğunu bildirən qısa videolar çəkib www.keyfiyyetserfelidir.az saytına və Facebook sosial şəbəkəsinə yerləşdirmək lazım idi. Bir neçə məşhur aparıcı və bloqer də dəstək məqsədi ilə iştirakçı qismində kampaniyada iştirak ediblər (kampaniyanın təqdimat videosunu buradan izləyə bilərsiniz). P&G şirkətinin məhsulları və digər kampaniyaları barədə əlavə məlumatı Procter & Gamble Azərbaycan Facebook səhifəsindən və ya 088 - 440 - 00 - 00 qaynar xəttindən əldə edə bilərsiniz.
Procter & Gamble (P&G) haqqında
Şirkət Always®, Ariel®, Fairy®, Febreze®, Gillette®, Head & Shoulders®, Lenor®, Oral-B®, Pampers®, Pantene®, Tide® kimi etibarlı, keyfiyyətli və qabaqcıl brendlərdən ibarət ən güclü məhsul çeşidlərinin birinə sahibdir. P&G icması dünyanın təqribən 70 ölkəsində fəaliyyət göstərir. P&G şirkəti və onun brendləri haqqında ətraflı məlumat almaq və ən son xəbərləri oxumaq üçün www.pg.com saytına baş çəkin.