27 декабря 2024

15 января 2016 09:29

QƏHVƏYİ DİŞ LƏKƏLƏRİ

Qəhvəyi Diş Ləkələrinə Nə Səbəb Olur?

Qəhvəyi diş ləkələri çox rast gəlinən haldır və pəhriz və dərmanlar da daxil olmaqla bir çox səbəbləri vardır. Lakin, siqaret çəkmək qəhvəyi diş ləkələrinin başlıca səbəblərindən biridir. Siqaretdəki nikotin ilə dişlərin mütəmadi təması müəyyən vaxtdan sonra qəhvəyi diş ləkələri yaradır və cazibədar təbəssümünüzə mane olur.

Əgər siz siqaret çəkənsinizsə, qəhvəyi ləkəli dişlərinizin görünüşünü bərpa etmək üçün ilk addım siqaret çəkməyi tərgitməkdir. Tədqiqatlar göstərir ki, siqareti tərgitmək qəhvəyi ləkəli dişlərin görünüşünü bərpa etməyə kömək edir və siqareti tərgidən insanlarda diş əti xəstəliklərinin və ağız, dodaq, dil və boğaz xərçənginin yaranma təhlükəsini əhəmiyyətli dərəcədə azaldır. Hətta, çəkilən siqaretin sayını azaltmaq belə qəhvəyi ləkəli dişləri bərpa etməyə kömək edir. Lakin, yalnız siqareti günahlandırmaq lazım deyil. Qəlyan və ya siqarlar da qəhvəyi diş ləkələrinə səbəb olurlar.

Qəhvəyi Ləkəli Dişləri Necə Bərpa Etmək Olar

Qəhvəyi diş ləkələrinə adətən ağardıcı vasitələr yaxşı təsir edir. Əgər sizdə siqaret səbəbindən qəhvəyi diş ləkələri yaranıbsa, Blend-a-med diş ləkələrini azaltmağa kömək edə və onların yenidən yaranmasının qarşısını ala bilər. Lakin, realist olmaq önəmlidir. Əgər siz siqaret çəkirsinizsə və onu tərgitmək istəmirsinizsə, qəhvəyi diş ləkələrindən qurtulmaq çətin olacaq. Həmçinin, yadda saxlayın ki, siqaret səbəbindən yaranan qəhvəyi diş ləkələrinə sarı diş ləkələri ilə müqayisədə daha güclü ağardıcı vasitələr lazımdır.


Просмотров: 1 409