10 декабря 2024

21 декабря 2015 15:20

PROCTER & GAMBLE “KEYFİYYƏT SƏRFƏLİDİR, ÇÜNKİ” HƏDIYYƏLİ VIDEO KAMPANİYASININ BAŞLANĞICINI ELAN ETDİ!

Keyfiyyətli məhsulları ilə tanınan P&G şirkəti Azərbaycanda yeni video kampaniyaya start verdi. Kampaniya sosial mediya istifadəçiləri üçün nəzərdə tutulub və 31.01.2016 tarixinədək davam edəcək. İştirak etmək üçün "Keyfiyyət sərfəlidir, çünki...." mövzusunu açıqlayan qısa yaradıcı video çəkib www.keyfiyyetserfelidir.az saytına yükləmək və sosial mediada paylaşmaq kifayətdir. Kampaniya iştirakçıları P&G məhsullarını hədiyyə olaraq qazana biləcəklər. Ən əsası isə odur ki, "Keyfiyyət sərfəlidir" kampaniyasının siması olan Bəhram Bağırzadə tərəfindən seçiləcək ən yaradıcı videonun müəllifinə 3000 manat məbləğində keyfiyyətli alış-veriş üçün hədiyyə kartı təqdim olunacaq.

Kampaniyaya artıq bir neçə məşhur teleaparıcı və bloggerlər qatılıb. Kampaniya treylerini buradan izləmək olar. Bundan əlavə, indi P&G məhsullarını istifadə edən və ya sınamaq istəyən hər kəs "Keyfiyyət Sərfəlidir" kamapniyası çərçivəsində bu məhsulların keyfiyyətinə 28 Mall Ticarət Mərkəzində yerləşən P&G stendinə yaxınlaşaraq əmin ola bilər. Stendə yaxınlaşanlar Procter&Gamble məhsullarının keyfiyyətli və sərfəli olmasını təsdiq edən nümayişləri - məsələn, Ariel yuyucu tozunun üçqat dərinə hopmuş ləkəni cəmi bir dəfəyə necə çıxarmasını, Pampers uşaq bezlərinin mayeni necə hopdurmasını, Pantene məhsullarının saçları zədələməkdən necə qorumasını və s. seyr edə biləcəklər. Bundan sonra isə video kampaniyaya marağı olanlar həmin stenddə öz videosunu çəkib  hədiyyəsini ala biləcək.

Kampaniyanın iştirakçısı olmaq üçün yaradıcı videonu www.keyfiyyetserfelidir.az saytında yerləşdirilən nümunələrə və qaydalara əsasən çəkib 31 yanvar 2016-il tarixinə qədər səhifəyə yükləmək və FB-da paylaşmaq lazımdır. Kampaniyanın ilk 2000 iştirakçısı P&G-dən hədiyyə alacaq. İştirakçılar öz hədiyyələrini 28 Mall Ticarət Mərkəzindən ala biləcək. Kampaniyanın iştirak şərtləri ilə burada tanış ola bilərsiniz. Əlavə suallar üçün Procter & Gamble Azərbaycan FB səhifəsinə və ya 088 - 440 - 00 - 00 pulsuz qaynar xəttinə müraciət etmək olar.


Просмотров: 2 408