Təmizləyici spreylər və dezinfeksiya edici vasitələrin köməyi ilə evdə mikrobları uzaq saxlamaq asandır. Lakin, evdən çöldə gözəl vaxt keçirmək istədiyiniz halda, bu mövzu tamamilə dəyişir.
Oyun meydançası uşaqlar üçün əla yer ola bilər, amma mikroblar sürüşkən və yelləncəklərdə yaşamağı xoşlayırlar. Hovuzlar və su parkları mikroblarla boldur və bunlar mədə-bağırsaq xəstəlikləri, göz, qulaq və dəri infeksiyaları ilə yanaşı tənəffüs yolu xəstəliklərinə yol aça bilərlər. Heyvanların qaçmağı xoşladığı parklar da piknik və ya idman etmək üçün yaxşı yer ola bilərlər, lakin, orda da çoxlu parazitlər vardır.
Beləliklə, evdən kənarda əyləncəli vaxt keçirməklə yanaşı sağlam qalmaq üçün nə etməlisiniz?
Oyun meydançasında:
- Uşaqlarınıza, xüsusilə çöldə oynadıqdan sonra, müntəzəm olaraq əllərini Safeguard maye sabunu ilə yumağı öyrədin. Bu onların hər hansı bir mikrobu yaymasının qarşısını alacaq və onları mikroblara və ya təmasda olduqları hər hansı bir bakteriya və ya virusa qarşı müdafiə edəcəkdir.
- Uşaqlarınıza ağızlarına toxunmamağı öyrədin, çünki bu mikrobların zərərinə məruz qalmaq təhlükəsini artırır.
İctimai tualetlərdə:
- Soyuqdəymə və qrip virusları kran və qapı dəstəkləri daxil olmaqla əşyaların səthində 18 ayadək yaşaya bilir. Su kranını və qapı dəstəklərini açmaq üçün kağız salfetdən istifadə edin, çünki bu yerlər mikrobların ən çox cəmləşdiyi yerlərdir.
- Çölə çıxarkən özünüzlə Safeguard köpüyü götürmək yaxşı fikirdir, çünki ictimai ayaq yollarında sabun və ya kağız salfetlərin olacağına heç vaxt əmin ola bilməzsiniz.
Parklar
- Piknik stolları nadir hallarda təmizlənir və ya dezinfeksiya edilir. Əgər piknik yerində yemək yeməyi planlaşdırırsınızsa, özünüzlə hər zaman masa örtüyü götürməlisiniz.
- Günəşli (mikroblar gün işığını xoşlamır) və yaxşı qorunub saxlanılan parkları seçin.
- Əgər itinizi gəzdirirsinizsə, onun zibillərini xəkəndaz ilə təmizləyin və tez bir zamanda əllərinizi dezinfeksiya edin.
- Əgər siz və ya uşağınız parkda olarkən hər hansısa bir heyvanı oxşayarsa, dərhal sonra əllərinizi yuyun və ya əgər sabun yoxdursa Safeguard köpüyü ilə təmizləyin.
Dünya mikroblar ilə doludur, lakin bu narahat olmağa və həyat tərzinizi dəyişmək üçün səbəb deyil. Bəzi əsas qaydalara riayət etməklə (bunlar arasında ən əhəmiyyətli olanı müntəzəm olaraq əlləri yumaqdır) sağlam qalmaq və ailənizi sağlam saxlamaq mümkündür.