Sevimli geyimlərimizi həddindən artıq yuma qorxusu ilə geyinməkdən qabaq yüz ölçüb biçirik. Lakin yeni Lenor paltar yumşaldıcısı ilə yuma paltarlarınızı daha uzun müddətə yeni saxlayır və siz istədiyiniz paltarı istədiyiniz zaman geyinə bilirsiniz.
Bu, faktdır, sevimli paltarlarımızı geyinmək bir parça şokolad yeməkdən daha təsəllivericidir!
1 000 qadın arasında keçirilən sorğuda* 46% qadın bildirmişdir ki, geyimlərində möhtəşəm göründüklərini hiss etdikləri zaman onların günləri daha yaxşı keçir. Lakin onların üçdə birindən çoxu özlərini yaxşı hiss etdiklərinə baxmayaraq, sevimli geyimlərini geyinmirlər. Səbəb? Çünki onlar xüsusi geyimlərinin köhnəlmə əlamətləri (şişmə və ya yumşaqlığını itirmə) göstərməyə başlamasını istəmirlər.
İkinci ən yaxşı geyimə ehtiyac yoxdur
Araşdırma göstərmişdir ki, 60% insan bahalı paltarlara nisbətən, ucuzlarını seçirlər, çünki düşünürlər ki, bahalı geyimlərin keyfiyyətini qoruyub saxlaya və onları istədikləri qədər geyinə bilməyəcəklər. 70% insan isə qəbul etdi ki, ucuz əşyaları daha çox coşqu ilə almaqlarına baxmayaraq, sonda peşman olmuşlar.
Paltaryuma vərdişlərinizə balaca bir dəyişiklik ilə siz ən yaxşı geyimlərinizi gündəlik geyim kimi istifadə edə bilərsiniz. Özünüzü daha yaxşı hiss edərək pulunuza uzun müddətdə daha çox qənaət edə bilərsiniz.
Geyimlərinizi sonsuzadək sevin
Lenor komandasının yenilikçi fikirləri və müasir texnologiyası zəmanət verir ki, Lenor ilk yumadan başlayaraq sizin geyimlərinizi uzun müddətə yeni kimi qoruyub saxlamağa kömək edə bilər.
- Lenor-un dərin yumşaqlıq texnologiyası əvvəlkindən daha çox yumşaldıcı inqrediyentlərdən ibarətdir. Bu isə o deməkdir ki, onlar parçanın liflərinə əvvəlkindən daha sürətli və daha dərin daxil olaraq, lifləri hamarlaşdırır və onları yuma zamanı zədələrdən qoruyur.
- Daha kiçik yumşaldıcı agentlər paltarınızdakı parça liflərinin daha böyük sahəsini əhatə etdiyinə görə onlar yuyulma zamanı sürtünmə zədələrinə (şişmə və qırışma da daxil olmaqla) qarşı daha yaxşı müdafiə edir.
- Əlbəttə ki, Yeni Lenor paltarlarına bildiyiniz və sevdiyiniz yenicə yuyulmuş təmizlik hissini verir və məhsul sırasına hər növ əhval-ruhiyə üçün bir çox qoxular daxildir!
Parçalarınızdakı liflər tez köhnəlməyə başlayır, lakin müntəzəm yumada yeni Lenor-dan istifadə etməklə siz lifləri daha uzun müddətə yeni saxlaya bilərsiniz*. Əgər yalnız toz yuyucu maddələrdən istifadə edirsinizsə, fərq aşkar görünür