Dişlərin gündəlik hərtərəfli baxımı-sağlam təbəssümün təminatçısıdır. Gigiyenik vərdişlərin aşılanması erkən uşaqlıq çağlarında, uşağın böyüklərdən məsləhət aldığı və valideynlərinin davranışlarını təqlid etdiyi vaxtda daha təsirlidir.
Floridin rolu
100 ildən artıqdır ki stomatoloji təcrübədə dişlərin sərt toxumasının stabilliyini (müqavimətini) artırmaq üçün floriddən istifadə olunur.
Floriddən istifadənin faydaları:
· Florid diş minasını möhkəmləndirir və diş çürüklərinin (karies) yaranma riskini azaldır;
· Florid şəkərin turşuya çevrilməsi prosesində iştirak edən bəzi ağız suyu fermentlərinin fəaliyyətini ləngidir;
· Floridin təsiri altında ərpin diş səthinə yapışması şəraiti pisləşir;
· Floridin təsiri altında tüpürcək ifrazı artır, turşuların diş səthinə zərərli təsirini neytrallaşdırmaq üçün ağız suyunun müqaviməti artır.
Floridin istifadə üsulları:
• Floridin florid suyu, süd ilə, həb şəklində istifadəsi;
• Soyuq kompres şəklində floridin aktual tətbiqi və ya stomatoloji kabinetdə həkim-stomatoloq tərəfindən dişlərin tərkibində florid olan preparatlar ilə işlənməsi;
• Tərkibində florid olan diş məcunlarının və ağız boşluğu üçün qarqaraların (yaxalayıcıların) istifadəsi yolu ilə floridin aşağı konsentrasiyalarının daimi təsiri.
Kariyesin endogen (daxili) və ekzogen (ağız boşluğunda) profilaktikası üçün floridin istifadəsini tövsiyə edən beynəlxalq tibbi təşkilatlar:
• Rusiya Stomatoloji Assosiasiyası (RSA);
• Ümumdünya Səhiyyə Təşkilatı (ÜST);
• Avropa Uşaq Stomatologiyası Akademiyası (AUSA);
• Beynəlxalq Uşaq Stomatologiyası Assosiasiyası (BUSA).
Diş məcunu seçimi
Avropa Uşaq Stomatologiyası Akademiyasına əsasən uşaqlar üçün tərkibində florid olan diş məcunundan istifadə üzrə tövsiyələr (EAPD, 2009)
Yaş aralıqları | Floridin qatılığı (ppm (milyonda bir)) | Gün ərzində tezliyi | Zəruri miqdarı |
6 aylıq-2 yaş | 500 | yalnız bir dəfə | nazik təbəqə |
2-6 yaş | 1000 (+) | iki dəfə | noxud boyda |
6 yaşdan yuxarı | 1450 | iki dəfə | 1/3 diş fırçası |
Ağız boşluğunun effektiv şəkildə qorunması üçün uşaqlara tərkibində az miqdarda flor olan Oral-B Stages diş məcunu, böyüklərə (12 yaşdan yuxarı) isə tərkibində florid olan Blend-a-med Pro-Expert diş məcunu tövsiyə oluna bilər. Həmçinin profilaktik müayinə üçün 6 aydan bir həkim qəbulunda olmağı da unutmayın.