Gözəl, baxımlı saçlar dərhal diqqəti özünə cəlb edir və bütün xarici görünüşü canlandırır. Onların həmişə təsiredici görünməsi üçün sadə qaydalara müntəzəm olaraq əməl etmək kifayətdir.
1. Saçlarınızı hər gün yuyun. Təmiz saçlar daha həcmli və parlaq görünür. Bundan əlavə, saçların məsaməli quruluşu bütün qoxuları (məsələn, tütün dolu otaqda tütün qoxusu) asanlıqla uda bilir və gündəlik yuyulma onların təravətini saxlamağa kömək edəcək.
Head&Shoulders Əsas Qayğı şampunu ilə yuyulan saçlar ilə günboyu təmiz və fərahlıq hissini yaşayın.
2. Şaçlarınız üçün kondisonerdən istifadə edin. Yalnız şampun kifayət etmir. Kondisonerlər saçları gücləndirir və zədələrə qarşı onları daha davamlı edir. Kondisonerdən istifadə etdikdən sonra saçlar daha asan daranır.
3. Saçlarınızı dəsmal ilə qurudarkən ehtiyatlı olun.
Onları güc ilə sıxmaq və dəsmalı başınıza sərt bükmək lazım deyil - həddən artıq sürtünmə saç qırılmasına səbəb ola bilər.
4. Fendən orta temperaturda istifadə edin. Hətta çox tələssəniz belə, saçları yüksək temperaturda qurutmayın - bu, saçların zədələnməsinə səbəb ola bilər.
5. Saçlarınızı formaya salarkən onları köklərindən qaldırın. Onları saç quruducusu ilə qurudarkən barmaqlarınız ilə qarışdırın. Qurutduqdan sonra saçları formaya salmaq üçün xüsusi vasitələrdən istifadə etmədən belə əlavə həcm qazanacaq.
6. Saçları düzgün qaydada darayın. Qısa saçları köklərindən uclarına doğru, uzun saçları isə uclarından köklərinə doğru, onları hissələrə ayıraraq darayın. Bu zaman darama hərəkətləri yumşaq və hamar olmalıdır.
7. Yaş saçları daramayın. Yaş saçlar asanlıqla zədələnə bilər, buna görə də yumadan dərhal sonra daramağa tələsməyin. Saçlarınıza qurumaq üçün vaxt verin.
8. Sıx at quyruqları yığmayın. Saç toqqaları və sancaqları ilə yığılan saçlar asanlıqla qırıla bilər. Sərt at quyruqları saçların diblərini daima stresdə saxlayır.
9. Gecə saçlarınızı hörün. Əgər uzun saçlara sahibsinizsə, yatmadan əvvəl saçlarınızı yüngülcə hörün. Bu zaman onlar daha az qırılır və dolaşmır.
10. Baş dərinizi masaj edin. Baş dərisinin üç dəqiqəlik masaj edilməsi, saç diblərində qan dövranını sürətləndirir. Əgər bunu müntəzəm olaraq etsəniz, saçlarınız daha tez uzanacaq və daha sıx olacaq.
Baş dərisini masaj fırçası, eləcə də barmaqların ucu ilə masaj etmək olar.
Saçlara qulluq etmək üçün hansı sirləri bizimlə bölüşə bilərsiniz?