Tənbəl olduğumdan saçlarım üçün əsasən hazır vasitələrdən - maskalardan, yağlardan, kremlərdən, balzamlardan istifadəyə üstünlük verirəm. Amma həmişə də güvənə biləcəyim, ürəyim istəyən vasitəni tapmaqda çətinlik çəkmişəm. Bütün qorxularımı yox edən, güvənəcəyim bir vasitəni axır ki, kəşf etdim. Bu PantenePro-V-nin Yağ Terapiyası seriyasıdır. Bir neçə aydır ki,Pantene Pro_V-nin bu məhsullarını istifadə edirəm. Yaxşı da nəticə əldə etmişəm. Əziz xanımlar, bunu sizinlə də paylaşmaq istədim. Buyurun postun davamını oxuyun.
Deməli, Pantene Pro-V-nin Yağ Terapiyası seriyasına nələr daxildir sual edə bilərsiniz. Bura 4 komponent daxildir: şampun, saça qulluq kremi, yağla terapiya maskası və ən əsası da arqan yağı eliksiri.
Bu dördlük sizə qorxmadan saçlarınızı formalandırmaq imkanı verir. Tamamilə yenilənən Pantene Pro-V ilə saçlarınızın gücünü, sağlamlığını və gözəlliyini qoruya bilərsiniz. Yeni Yağ terapiyası seriyasının tərkibində kliniki cəhətdən təsdiqlənmiş anti-oksidan var ki, bu da hər yuyulmada saçlarınıza güc və gözəllik bəxş edir.
Bəs Pantene Pro-V-nin Yağ Terapiyası dördlüsü necə istifadə olunmalıdır?
1. Maska - Birinci maskadan istifadə etmək lazımdır. Saçları yuyarkən onları tam islatdıqdan sonra maska saçların dibindən uclarına kimi çəkilib 2 dəqiqə saxlanılır. Sonra isə su ilə bir az durulanır.
Maskanın saçlara təsiri onu kökündən uclarına kimi gücləndirir və ipək kimi yumşaqlıq bəxş etməsidir. Xanımlar, siz də istifadə etsəniz, bu dediyimin şahidi olacaqsınız.
2. Şampun - İkinci addım maskanı su ilə duruladıqdan sonra saçları şampunla yumaqdır.
Pro-V seriyasının şampunu saçlara həcm verməklə onu qulluğa hazırlayır.
3. Saça qulluq kremi - Üçüncü addım olaraq, saça qulluq kremindən istifadə edilir.
Saçları şampunlayıb təmiz yuduqdan sonra krem saçlara çəkilir. Kremi sadəcə saçların uc hissələrinə çəkmək lazımdır. Çünki istənilən krem saç diblərinə zərərlidir. Saçlarınıza qulluq edərkən onu daha da zədələyə bilərsiniz. Eyni zamanda elə hiss edərsiniz ki, sanki Pantene Pro-V məhsulu saçlarınıza uyğun deyil. Ona görə də məhsula da haqsızlıq etməmək üçün çalışın kremi saç dibinə yox, saç boyundan uclarına kimi çəkin. Saça qulluq kremi saçlara əla yumşaqlıq bəxş edir. Yoxlaya bilərsiniz, əziz xanımlar. Əminəm ki, siz də razı qalacaqsınız.
4. Arqan yağ eliksiri - Dördüncü və ən sevdiyim addımı arqan yağı eliksiri ilə atırıq.
Saçların nəmini dəsmalla ehmalca aldıqdan sonra (ehmalca deyirəm, ona görə ki, bərk şəkildə dəsmalla qurulamaq saçlara zərərlidir onlarızədələyə və ya qıra bilərisiniz) arqan yağından bir neçə damcı ələ alıb barmaqların ucları ilə saçın ortasından uclarına doğru yeridərək çəkmək lazımdır. İstifadə etməmişdən əvvəl qabı yaxşıca çalxalayıb sonra istifadə edin. Bu yağ saçları yumşaltmaq və parlaq etməklə yanaşı, onu qismən həcmli və canlı edir. Arqan yağını eyni zamanda saçlarınızı saç düzləşdirici fenlə düzləşdirdikdən sonra 1-2 damcı ortasından uclarına doğru çəkməklə onu həcmli, yumşaq və uzun müddət düz şəkildə qalmasını da təmin edə bilərsiniz. Bu üsuldan da istifadə edirəm və nəticə alıram. Arqan yağı eliksiri saçları 24 saat həcmli, canlı, parlaq və yumşaq saxlayır.
Pantene Pro-V-nin Yağ Terapiyası seriyasının məhsullarını istifadə edirəm və çox da razıyam. Əsasən də saç maskası və arqan yağından. Pantene Pro-V-nin bu seriyasından istifadə etməyi sizə də tövsiyə edirəm, xanımlar. Yoxlayın.Əmin edirəm ki, siz də bu dördlüdən özünüz üçün ən sevimli məhsulu kəşf edəcəksiniz.
Nurana Novruz