10 декабря 2024

15 апреля 2015 19:51

P&G AZƏRBAYCAN BLOQERLƏRİ BİR ARAYA TOPLADI - FOTO



Aprelin 10-u "Procter & Gamble" şirkətinin və "Lady.day.az" onlayn qadın jurnalınının yeni birgə layihəsinin təntənəli təqdimatı keçirilib. "Procter & Gamble" şirkəti bu tədbirlə xaricdəki təcrübəsi əsasında bloggerlərlə əməkdaşlıq təcrübəsini Azərbaycanda da tətbiq etməyə başladı.

Onlayn jurnal bu ilin mart ayından rebrendinq dəyişikliyi ilə oxuculara təqdim olunub və ilk günlərdən böyük marağa səbəb olub.

"Lady.day.az" saytının izləyicilərinin əsasını xanımlar təşkil etdiyinə görə tədbirə xeyli sayda jurnalist, fotoqraf, bloqer və digər sahələrdə çalışan xanımlar dəvət olunmuşdular. Yenilənmiş saytda onlar nəinki dəb və kosmetika barədə, həmçinin məişət həyatı ilə bağlı ən incə detallaradək bir-birindən maraqlı və faydalı məqalələrlə tanış ola biləcəklər.

Bu unikal əməkdaşlıq "Procter & Gamble" şirkətinin dünya təcrübəsindən irəli gələn öz brendlərinə aid mövzular üzrə məlumatları Azərbaycandakı oxucularla paylaşmaq istəyindən irəli gəlib. Ölkəmizdə xanımlar tərəfindən tanınan və bəyənilən "Lady.day.az" saytının yazı mövzularının eyni xarakterli olması bu əməkdaşlığın uğuruna səbəb oldu.

Əyləncəli keçən tədbir öz rəngarəng gedişatı ilə yadda qaldı. Belə ki, açılışda "Procter&Gamble"-ın "Anam üçün" reklam çarxı qonaqlara təqdim olundu. Gecənin lotereya hissəsində isə qonaqlar əsl sürprizlə qarşılaşdılar. Lotereyanın 10 qalibi Avropa Oyunlarının açılış mərasiminə dəvətnamə qazandı. Sonra isə tədbirin musiqili proqramına keçid alındı.
































Просмотров: 2 375