9 ноября 2024

24 марта 2015 09:35

4-ü bir yerdə




Müharibə meydanı! İşarələr şübhəyə yer qoymurdu.

Müharibə meydanı! İşarələr şübhəyə yer qoymurdu. Oğlumun otağında ən azından Vaterloo miqyasında bir müharibə olmuşdu. Geyimləri şkafından ətrafa saçılmış, xalçanın üzərində dağ kimi parçadan bir meteorit yaratmışdı.

Olanları anlaya bilmirdim. Geyimlərə heç bir marağı olmayan oğlum, özünə uyğun geyimi axtarırdı? Ona nə olub? Yoxsa aşiq olub?

Elə xəyalımda gənc qızları canlandıracaqdım ki, oğlum qəfildən bir sual verdi:

- Sviterim haradadır ana? O isti saxlayan, qat-qat olan? Ağ rəngli? İçi boz və üstündə xətlər olan? Ya da... damalı. Bu gün sözün əsl mənasında dondum, o elə isti saxlayırdı ki...

Zorla həyata qayıtdım və beynim son sürətlə işləməyə başladı. İçi ağ yoxsa boz idi? Üstü zolaqlı yoxsa damalı idi? Yoxsa qat-qat idi? Allahım! Oğluma onun vəziyyətini bildiyimi və rənglərə dair biliyi haqqında fikrimi ifadə etməyə hazırlaşırdım - əlbəttə otağı darmadağın etməsinə də toxunacaqdım - və onun heç belə bir sviteri olmadığı və heç vaxt da olmayacağı məsələsinə aydınlıq gətirəcəkdim ki, birdən hər şey aydınlaşdı. Keçən həftə paltar səbətində bənzərsiz geyimlər tapmışdım. Bir jilet, bir qolsuz köynək, bir uzun qollu köynək və bir sviter... 4-ü bir yerdə. Qat-qat paltar? Əlbəttə. Oğlum üçün bu, o mənaya gəlir ki: Hamısını bir dəfədə deyim. İndi nəyə oxşadığı kimin vecinədir? O gözəl paltar qalağını görəndə bunu xatırlayıram. Oğluma paltar səbətinə qoyarkən paltarlarını ayırsa, bunun yaxşı olacağını dedim. Amma onun üçün indi yalnız bir şeyin əhəmiyyət daşıdığını görürdüm: Sviterin onu isti tutması.

Daha sonra gələcək gəlinimi də düşünərək, o üstündən çıxararkən hamısını tək bir paltar güman etsə də, əslində bəhs etdiyi sviterin 4 fərqli geyimdən ibarət olduğunu və yeni geyimlərini paltar səbətinə necə qoyması lazım olduğunu izah etdim.

Cavabı nə oldu? Bilirsən ana, bunun həlli fərqli hissələrin birləşmiş qüvvəsindədir. Ona görə "4ü bir yerdə" konsepsiyası müharibə sənəti üçün önəmli bir strategiya idi. Artıq təslim olaraq hadisəni yenidən qiymətləndirdikdən sonra öz döyüş taktikamı qurdum: Ariel Peşəkar məhsullarını istifadə edirəm artıq.

Bu məqalə sizə çirkli paltarların ekspert brendi Ariel tərəfindən təqdim olundu.


Просмотров: 1 791