20 марта 2015 10:55

P&G Azərbaycan xalqının Novruz bayramını təbrik edir



Novruz - Yeni ilin başlanğıcı kimi qeyd edilən bu bayram, baharın gəlişindən xəbər verir. Havaların istiləşməsi, torpağın oyanması, ağacların tumurcuqlaması insanın əhval ruhiyyəsinə xoş təsir etməklə bu dəyişikliyi qeyd etməyə bir səbəb vermişdir.

Novruz bayramı özünəməxsus adətləri ilə seçilir. Bayram ərəfəsi təmizlik işləri aparılır, novruz şirniyyatları bişirilir, xonçalar bəzədilir. Gələn ilin bolluq və bərəkət ili olması üçün səməni göyərdilir, köhnə ilin ağırlığını atmaq məqsədi ilə tonqal qalanır və üzərindən atlanılır. Bu bayram evlərdə xoş sözlər danışılar ki, gələn qonaq da qapıdan xoş söz eşitsin.

Bayramın gözəl cəhətlərindən biri də məhz bu günlərdə küsülülər barışır, qohum - qardaş ziyarət edilir, hazırladıqları novruz şirnilərindən bir-biriləri ilə paylaşılır.

Əziz Lady.day.az oxuyucuları "P&G" olaraq sizi bu bahar bayramı münasibəti ilə təbrik edirik. Qapınıza atılan papaqları boş qaytarmayacağınız bol ruzili süfrəniz və bərəkətli eviniz olsun. Sizə neçə belə gözəl bayramları can sağlığı ilə qeyd edəcəyiniz uzun ömür arzu edirik. Novruz bayramınız mübarək.

Səidə Rəhimova


Просмотров: 2 892