6 декабря 2019

отправить статью

1 августа 2019 20:01

4-cü Bakı VEGAN BOOM-u baş tutdu - FOTO - VİDEO

Dünya mətbəxində trend sayılan VEGAN BOOM-un artıq 4- ildir ki, Bakı ənənəsi də formalaşıb. Sağlam həyat tərzi layihəsinin ideya müəllifi və baş təşkilatçısı Boomerang Label şirkətinin dəstəyi ilə təşkil olunan Bakı VEGAN BOOM-ları hər dəfə bir-birindən fərqlənir. Elə 4- cü VEGAN BOOM da vegeterian mətbəxini sevənlərə ayrı bir abu-havada təqdim olundu. İlk dəfə Bakı VEGAN-BOOM-u açıq havada əsl piknik şousuna çevrildi. 150 nəfərin iştirak etdiyi piknik şouda Ukraynadan dəvət olunmuş məşhur veqan aşpazı Konstantin Stolyarov  "Zeytun bağları" yağlarından istifadə edərək, dadlı vegeterian yeməkləri bişirib, qonaqlara təqdim etdi. İştirakçılar xüsusi hazırlanmış furşet masasında sağlam vegeterian təamlarının dadına baxaraq, zeytun yağının faydası haqqında məlumatlandırıldılar. Konstantin bildirdi ki, vegan yeməklərinin ölkəmizdə istehsal edilən "Zeytun Bağları" yağları ilə hazırlanması təsadüfi deyil. Onun sözlərinə görə, yerli istehsal olan bu  yağlar qatqısız və sağlam qidalanan insanlar üçün uğurlu seçimdir. Ona görə də, ukraynalı aşpaz yeməklərini məhz bu yağlarla hazırlamağa üstünlük verir.  

3 dəfə qidalanma ilə baş tutan Bakı VEGAN BOOM-unda bu günə qədər bəlli olmayan vegeterian yeməklərinin hazırlanma qaydaları da öyrədildi. Məşhur aşpaz Konstantin Stolyarov qonaqlara səhər yeməyində  kokos südündə,  giləmeyvəli "çia" sıyığının, fındıqlı biskivitin hazırlanma qaydasını öyrətdi. Konstantinin nahar üçün hazırladığı pomidor souslu düyü, mərci pətəsi, ədvalı noxud insanı gün ərzində tox tutmağa hesablanıb.  

VEGAN BOOM-un ən təəccüblü və yadda qalan yeməyi isə vegan ət kababı oldu. Şam yeməyində təqdim olunan vegan ət kababı və sorvetlər damaqlara xüsusi dad qatdı. Dondurma deserti isə əvəzolunmaz dad bəxş etdi.  

Yemək reseptləri ilə yanaşı qonaqlar, həm də peşəkar kouç biznes təlimçi - Elçin Əzimlinin maraqlı və faydalı "Həyat balansını necə qurmalı" seminarına qatılmaq imkanı qazandı. Bu barədə iştirakçılara faydalı məlumat verən Elçin Əzimlinin "DAN ULDUZU" romanının təqdimatı və imza mərasimi də keçirildi. Qonaqlara kitab hədiyyə edildi.

4-cü VEGAN BOOM-un bu dəfə təşkil olunduğu məkan da fərqli idi. Dreamland Golf Club-da baş tutan tədbirə iştirakçıların gediş-gəlişi də pulsuz təşkil olunmuşdu. 4-cü Bakı VEGAN BOOM-u xüsusi çalarlarla yadda qaldı. 


Просмотров: 559

loading...

ПОХОЖИЕ СТАТЬИ