29 марта 2024

23 мая 2015 09:43

DAHA XOŞBƏXT BİR İNSAN OLMAĞIN YOLLARI



Əvvəla, heç məyus olmadan xoşbəxt olmağı və ya enişləri yaşamadan yüksəlişləri yaşamağı gözləməyi unutmalısınız. Ancaq o zaman həyatla barışa və onu sevə-sevə yaşaya bilərsiniz. Ardını oxuyun...

Sevginin həqiqi mənasının doyum və mükəmməllik olduğunu anlayaraq real olmayan arzularınızdan əl çəkə bilərsiniz. Münasibətlərinizlə bağlı hər zaman müsbət olmanızın mümkün olmadığını bilməlisiniz. Öz gerçəkliyimizi, "ömürboyu xoşbəxtlik" idealı ilə müqayisə etməyimiz məyusluqlarımızın mənbəyidir!

Bir neçə tövsiyə:

Yuxarıdan baxmaqdan əl çəkin.

Başqalarında olan əsəbpozan xüsusiyyətlər və davranışlar sizdə də ola bilər. Bəziləri pul məsələsində xəsisdir, siz isə vaxt məsələsində. Dünya sizin güzgünüzdür: sizinlə bağlı əks olunanlar barədə düşünsəniz, Himalay dağından enmək fikrinə düşə bilərsiniz.

Tələb edin!

Bu sadə addım həyatınızı dəyişə bilər. İstədiyiniz şey istər qəbuledilmə, həssaslıq, vəzifə və ya maaş artımı, kömək, dəstək olsun, istərsə də ayrılıq olsun, tələb etməkdən çəkinməyin! İnsanların sizin ehtiyaclarınızı bilmələrini və ya beyninizi oxumalarını gözləməkdən əl çəkin. İnsanlara sizə yardımçı olmaları üçün kömək etsəniz, kömək etmədikləri zaman məyus olmazsınız.

Anı yaşayın!

Gələcəkdə nə olacağı barədə narahat olmaqdansa, mövcud anı yaşayın. Əmin ola biləcəyimiz tək şey hazırda nə olmasıdır.

Özünüzə bir iş seçin.

Bu gün edə biləcəyiniz, həyatınıza nəzarətin əlinizdə olduğunu daha çox hiss etdirəcək bir iş olsun. Bu, maşını təmizləmək, faylları qovluqlara yerləşdirmək, köhnə paltarları atmaq kimi sürətli, sadə, amma hərəkət etdiyinizi və nail olduğunuzu hiss etdirən hər hansı bir kiçik iş ola bilər. Özümüzü güclü hiss etmək daha sağlam və şən olmağımıza imkan verir.

Şükür edin.

Hər gün ətrafınıza baxın və şükür edəcək bir şeylər tapın - günəş işığı, stolunuzun üstündəki təzə çiçəklər, quş səsləri, bir az əvvəl içdiyiniz qəhvə kimi... Şükür etmək həyatda sahib olduqlarımıza qiymət verməyimiz üçün bizi cəsarətləndirərək daha xoşbəxt olmağımızı təmin edir.

Diqqətinizi cəmləyin.


Duşda suyun dərinizin üzərində oyatdığı hislərə diqqət yetirin və ağlınızın saat ondakı görüşünüzə və ya uşaqlara nə yedirtməli olduğunuza getdiyi anı bilərək, şüurunuzu təkrar bədəninizdəki hislərə yönəldin.

Yemək yeyərkən ancaq yemək yeyin.


Diqqətimiz dağılanda, yeməyimizin verdiyi dad, ətir və hisləri hiss etməyə bilərik. Yavaş-yavaş yeməyə çalışaraq, ağzınızdakı yeməyin əsl dadını hiss etməyə çalışın.

Günahkarlıq hissindən qurtulun.

Qəribə görünsə də, sizin də xoşbəxt olmağa haqqınız olduğuna inanmayaraq və həyatı çətinləşdirərək özünüzə ən böyük düşmənçiliyi edə bilərsiniz. Xoşbəxtliyinizlə bağlı hər cür günahkarlıq hissindən qurtulun və səadətinizindən möhkəm yapışın.

Körpə addımları atın.

Görmək istədiyiniz və ya olmaq istədiyiniz bir şey varsa, niyə ona tərəf kiçik bir körpə addımı atmayasınız? Bu, sizə elə bir uğur hissi və həzz verəcək ki, bir sonrakı addımı atmağı arzu edəcəksiniz. Əgər bir iş qurmaq istəyirsinizsə, iş planı çıxarmadan və ya vizit kartınız olmadan ilk müştərinizi tapmaq üçün atacağınız ən kiçik addımın nə olduğunu düşünün.

İnsanlara qarşı nəzakətli olun.

Dünyaya qarşı yaxşı olsanız, dünyanın da sizə qarşı yaxşı olacağını kəşf edin. Elə isə kimisə sevindirin.


Просмотров: 712

ПОХОЖИЕ СТАТЬИ