23 апреля 2024

25 августа 2015 09:06

QISA QARA BİR DONDAN DAHA ARTIĞINI ƏLDƏ ET



Qısa bir qara dona hansı aksesuarlar əlavə etməklə fərqli obrazlar yarada bilərik?

Hər birimizin qarderobunda sevimli qısa qara don var. Aksesuarlardan məharətlə istifadə etsən, onu təkrar-təkrar geyinə bilərsən və hər dəfəsində fərqli və möhtəşəm görünərsən.

Qoyun çantanız sizin əvəzinizə danışsın.

Böyük, geniş çanta işgüzar, cazibədar obraz yaradarkən kiçik klaç çanta eyni qara dona gecə üçün qlamur görünüş qatır. Məsələn, əgər siz ilk görüşdə təəssürat yaratmaq istəyirsinizə, onda bu ideal seçimdir.

Qoyun ayaqqabılarınız sizin əvəzinizə gəzsin.


Hərəkətli günlər zamanı düzdabanlı ayaqqabı, gündəlik tədbirlər üçün burnuaçıq dolğun ayaqqabı və dəbdəbəli məclislərdə dikdaban ayaqqabı sizi nəfis göstərəcək. Eyni paltar, 3 fərqli obraz.

Kəmərdən istifadə edin.


Bir kəmər donunuzun bütün formasını dəyişəcək. Müxtəlif növ tədbirlərə uyğunlaşdırmaq üçün çoxlu müxtəlif növ kəmərlər var.

Zinət əşyalarınız danışsın.


İri boyunbağı bir şey deyir, xanım-xatun mirvarilər isə başqa bir obraz yaradır.

Saç və makiyaj


Bəli, ciddi şəkildə aksesuar kimi daşınmasa da, saç və makiyajınızı dəyişməklə donunuza tamamilə yeni görünüş bəxş edə bilərsiniz.

Özünə əminlik ən mühüm aksesuardır.

İstənilən gecə geyimini ən yaxşı göstərən sınaqdan çıxmış bir şey qədərində olan özünə əminlikdir. Məhz buna görə də Head & Shoulders Əsas Qayğı şampunu sizin gizli silahınızdır. Onun güclü formulunun saçların diblərinə qədər təsir etdiyini bilirdinizmi? O, saçlarımızı 100%-ə qədər kəpəkdən azad edir. Beləliklə, siz qısa qara donunuzu çiyinlərə nəzər salmadan rahatlıqla geyinə bilərsiniz.


Просмотров: 1 271