20 апреля 2024

3 марта 2015 10:31

Sağlam saçlar və saç dərisi üçün qızıl qaydalar



Ecazkar görünüşlü saçlar və sağlam saç dərisinə sahib olmaq üçün vaxtınızın çoxunu qulluğa ayırmaq məcburiyyətində deyilsiniz.

Gündəlik cədvəlinizə daxil edəcəyiniz bir neçə addımla saçlarınız hər gün baxımlı və gözəl görünə bilər. Bunun üçün Head & Shoulders ekspertlərinin tövsiyələrinə nəzər salmaq istərdinizmi?

1. Günə saçlarınızı yuyaraq başlayın Piter Lyuks deyir ki: "Məncə günə başlamağın ən yaxşı yolu yaxşı bir duş qəbul etmək və küçəyə çıxmazdan əvvəl saçları və orqanizmi yaxşıca təmizləməkdir. Təbii ki, saç dərisinə də qayğı göstərilməlidir. Bu şəkildə saçlarınızın hər gün gözəl görünməsini təmin edə bilərsiniz".

2. Mütəxəssislərin tövsiyələrinə qulaq asın Son Dünya Dermatoloji Konqresində sorğu aparılan mütəxəssislərin 91 faizi Head & Shoulders-i kəpəyin qarşısını alan təsirli şampun kimi tövsiyə etdilər. 67 faizi isə özlərinin də Head & Shoulders istifadə etdiyini açıqlayıb.

3. Saç dərinizə, bədəninizin dərisi kimi qulluq edin Məşhur dermatoloq və Head & Shoulders səfiri Doktor Ilyse Lefkowicz deyir ki: "Bir çoxumuz cildinə çox yaxşı baxır, amma saç dərimizin də eynilə dərimiz kimi qayğıya ehtiyacı olduğunu unuduruq. Halbuki, saç dərisi saçların üzərində böyüyüb inkişaf etdikləri mənbədir. Bu səbəblə Head & Shoulders şampunlarını tövsiyə edirəm. Çünki Head & Shoulders saçlar qədər saç dərisinə də qulluq edir. Eynilə yaxşı dəriyə qulluq məhsulları kimi, Head & Shoulders da istifadə etdikdən sonra təravət hissi verir və saçlarınızı yaxşılaşdırarkən sizə də inam verir".

4. Həssas saç dərisinə diqqət Dr. Rene Rast deyir ki: "Saçda qaşınma, narahatlıq hiss edənlər xüsusilə diqqətli olmalıdır. Çünki bunlar kəpəyin ilk əlamətləridir".

5. Təbii gözəldir Piter Lyuks deyir ki: "Məncə hər gün gözəl görünməyin yeganə bir sirri var. Təmiz, toxunula bilən, parlaq saçlar. Saçlarınız təbii gözəlliklərinə nə qədər yaxındırsa, demək o qədər sağlamdır. Bu səbəbdən saç dərinizə aqressiv üsullarla forma verərək işgəncə etməkdən əl çəkin".

6. Yuxu vacibdir Yastıq seçərkən diqqət edin. Rahat, pambıqlı parçaları seçməlisiniz. Çünki bu növ parçalar saçlarınıza da həssas davranır və saç dərinizin nəfəs almasını təmin edir. Bundan başqa, həm dəriniz, həm də saçlarınız bu qədər qayğıya layiqdir.

7. Kəpəklə mübarizə aparmağın yolu Dr. Rene Rast deyir ki: "Kəpək müxtəlif səbəblərlə təkrarlanan bir problemdir. Saçlarınız bir dəfə kəpəklənsə, həyatınız boyu kəpəklənmə potensialı olacaqdır. Ən azından qocalana qədər. Bu səbəblə nizamlı saç baxımı böyük əhəmiyyət daşıyır. Xüsusilə kəpəyin ilk əlamətlərini gördükdə hərəkətə keçməlisiniz. Head & Shoulders-i hər gün istifadə etmək saçlarınıza və saç dərinizə yaxşı qulluq etdiyini göstərir, bu şəkildə kəpəklə yanaşı Malassezia globosa adı verilən saç göbələyindən da asanlıqla xilas olarsınız".

8. Saç tətili Hərdən saçlarınızı yuduqdan sonra qoyun özü qurusun. Əgər təcili bayıra çıxmalı deyilsinizsə, bu şəkildə saçlarınıza vaxt ayıraraq saç dərinizə istirahət vermiş olarsınız.

9. Saç dərinizi unutmayın Piter Lyuks deyir ki: "Saçlarımıza qulluq edərkən, saç dərimizi görməməzliyə vururuq. Amma məncə, saç dərimizi görməməzliyə vurmaq, möhtəşəm bir paltarın altına bərbad bir ayaqqabı geymək kimidir. Nə edirsiniz edin, sizi gözdən salır".

10. Düzgün məhsulu istifadə edin Dr. Rene Rast deyir ki, "Əgər düzgün məhsulu istifadə edirsinizsə, təsirini də tezliklə görəcəksiniz. Məsələn, Head & Shoulders şampun və baxım məhsulları saç dərinizi də nəzərə alaraq gündəlik qulluq edir. Bununla yanaşı, saçlarınıza və saç dərinizə zərər verəcək formalaşdırma üsulları və məhsullarından uzaq durmağınız da vacibdir".


Просмотров: 5 190

    Сачлар

    3 марта 2015 10:43
    А я чтобы ни делала, все равно к сожалению не помогает

    leyla

    3 марта 2015 11:58
    mən hər gün yusam elektriklənir.5gün fasılə