19 апреля 2024

6 июля 2015 08:59

ERKƏN QIRIŞLARA QARŞI ÜZ ÜÇÜN GİMNASTİKA



Müasir qadın üçün inkişaf və sivilizasiya əsrində yaşamaq böyük uğurdur. Plastik cərrahiyyənin nailiyyətləri, bütün KİV-dən yeni kosmetik vasitələr haqqında məlumatları toplamaq imkanı onun ixtiyarındadır, getməklə adi qadından gözəllik kraliçasına çevrilə biləcəyi kosmetik salonların sayı yağışdan sonra göbələk kimi artır... 

Amma əslində inkişaf və sivilizasiya çox şeyi dəyişir, bir şeydən başqa - təbiətin qanunları. Əvvəllər olduğu kimi, hər qadının həyatında elə bir dövr gəlib çatır ki, o, güzgüyə yaxınlaşaraq, özünü vərdiş etdiyi kimi görmür... Mimik qırışlar daha nəzərəçarpan və dərin olmuşdur, dəri gənclikdə olduğu kimi elastik deyil, səhərlər artıq təravətli və cazibədar görünmək mümkün olmur...

Hər şeydən əvvəl, ümidsizliyə qapılmayın!


Vərdiş etdiyiniz kremi tətbiq etmək, yeni kosmetik proseduranı sınaqdan keçirmək və hətta plastik cərrahın qəbuluna yazılmaq həmişə mümkündür. Tamamilə dəqiqdir ki, bu cür səylər müsbət nəticə verəcək. Amma ən sadə və ən ucuz üsuldan - kosmetik gimnastikadan başlamaq olar! Çətin ki, o plastik əməliyyat kimi tez nəticə göstərsin, amma şübhəsiz, onun təsiri daha uzunmüddətli olacaq. Bir şərtlə ki, o, sizin daimi "məşğuliyyətinizə" çevriləcək. Amma hamımız bilirik ki, ən çətini - başlamaqdır! Beləliklə, gözəl və gənc üz üçün irəli!

Aşağıda verilmiş kompleksin köməyilə qırışları hamarlamaq və üz dərisini daha elastik etmək olar. Cəmi üç-dörd aya. Əsas şərt - onu həftədə beş dəfədən az olmayaraq, hər məşqi 6 saniyə olmaqla, 5 dəfə təkrar etməkdir. Tədricə təkrarlar 20-dək artırılır.

Alın üçün məşq


Hər iki əlin barmaqlarını alına qoyun. Adsız barmaqlar qaşların üstündə olmalıdır. Barmaqların müqavimətini dəf edərək, qaşları qaldırın və baş dərisini aşağı dartın. Barmaqlar dərini düzəltməlidir ki, qırışmasın.

Göz qapaqları üçün məşq

Şəhadət barmaqlarını gözlərin küncünə qoyun, həmin yerlərdə qırışların yarana bilməməsi üçün dərini düzəldin, aşağı göz qapaqlarını yuxarı dartın. Bu vəziyyətdə 6 saniyə saxlayın.

"Qaz ayağı"na qarşı məşq

Orta barmaqlarınızı göz yuvasının xarici küncünə qoyun. Gözlərinizi bağlayın, bu zaman barmaqlar yuxarı göz qapağının ortasına "çatacaq". Həddindən artıq bərk basmamaqla və dərini dartmamaqla, barmaqlarıızı yerində saxlamağa çalışın.

Yanaqlar üçün məşq


Dodaqlarınızı aralamadan, geniş təbəssüm yaradın. Şəhadət barmaqlarınızla təbəssüm zamanı bürüşüklərin yarandığı yerlərə basın.

Ağız üçün məşq


Şəhadət barmaqlarınızı möhkəmcə göz yuvasının yaxınlığına, baş barmaqlarınızı isə ağızın yanları yaxınlığına qoyun (barmaqlar tərs çevrilmiş "г" hərfini formalaşdırmalıdır). Sanki gülməyə hazırlaşırsınız kimi ağzınızı açın, ağız yanlarınızı yuxarı qaldırın və onları 6 saniyə ərzində bu vəziyyətdə saxlayın. Bu zaman barmaqlar dərini düzəldir.

Dodaqlar üçün məşq

Dodaqları möhkəmcə sıxın və barmaqlarla dodaqların künclərində yaranmış bürüşükləri basın.

İkiqat buxağa qarşı məşq

Yumruqlarınızı buxağın altına yerləşdirin və əllərin müqavimətini dəf edərək, ağzınızı açın. Bundan sonra baş barmaqla buxağa söykənin və maksimal dərəcədə dilinizi elə çıxarın ki, onun ucu aşağı istiqamətlənsin.

Sağlam və təravətli saçlar üçün


Həqiqi cavanlıq saçlardan başlayır. Saçlarınızın daha sağlam və təravətli görsənməsi üçün mütamadi olaraq Head&Shoulders Əsas Qulluq şampunundan istifadə edin.

Boyun üçün məşq

Güc verməklə alt dodağınızı aşağı dartın və alt dişlərinizi çölə çıxarın. Əgər məşqi düzgün yerinə yetirirsinizsə, boynunuzda əzələlər relyefi görünəcək.

Bu kompleksə üzün həftəlik massajını və qırışlaraq qarşı xüsusi kompleksləri olan maskaları da əlavə edin - və siz dərhal güzgüdə nəticəni görəcəksiniz!


Просмотров: 1 452

ПОХОЖИЕ СТАТЬИ

Здоровье

24 сентября 2023 11:00

  • 6 077

Здоровье

26 апреля 2023 13:50

  • 5 236

Здоровье

11 апреля 2023 09:35

  • 9 000

Здоровье

3 апреля 2023 12:45

  • 8 962

Здоровье

30 марта 2023 11:30

  • 7 944

Здоровье

22 марта 2023 22:58

  • 4 394

Здоровье

13 февраля 2023 00:29

  • 5 254

Здоровье

11 февраля 2023 00:33

  • 5 950

Здоровье

9 февраля 2023 00:39

  • 4 737

Здоровье

5 февраля 2023 08:01

  • 6 334