28 марта 2024

1 апреля 2015 13:32

Maye qızıl - arqan yağı



Çətin əldə olunması və çox dəyərli olmasına görə "maye qızıl" kimi də adlandırılan arqan yağını daha yaxından tanıyaq. 

Arqan yağına Mərakeşin müstəsna məhsulu desək, yanılmış olmarıq. Mərakeşlilər, təbii ki, xüsusən də, mərakeşli qadınlar bizim yeni kəşf etməyə başladığımız arqan yağını yüzilliklərdən bəri istifadə edirlər. Bu yağ tamamən Mərakeşə məxsus arqan ağacından əldə edilir. Ölkənin "Agadir", "Essaouira" və "Taroudant" ərazilərində yetişən ağacın latınca adı "Argonia Spinosa"dır. Bu nadir ağac növü UNESCO Biosfer Rezervləri Proqramı tərəfindən qorunur.

Arqan ağacı orta hesabla 150 il yaşayır


Anti-aging xüsusiyyətinə sahib olan, dəri və saçlar üçün çox güclü bir nəmləndirici olan arqan yağı hündürlüyü 10 metr, çevrəsi 15 metrə çatan arqan ağacından, daha doğrusu, ağacın meyvəsindən əldə edilir. Orta hesabla 150 il yaşayan arqan ağacının sarı və yaşıl kiçik çiçəkləri, zeytuna oxşayan, ancaq qoz kimi sərt qabığa sahib olan meyvələri var. Meyvələrin içində isə yumşaq, badama oxşar başqa bir meyvə olur. Bu meyvələri əldə etmək heç də asan deyil, çünki ağacın eyni zamanda iri tikanları var. Arqan ağacı meyvələrinin arqan yağına çevrilməsində birinci çətinlik bu tikanlara görə çətin yığılmasından irəli gəlir.

İkinci çətinlik də yağ çıxarılanadək uzun proseslərin olmasıdır. Tikanlarla vuruşaraq çətinliklə toplanan meyvələr əvvəlcə qurudulur. Ardından sərt qabıqları qırılır, içindəki badama oxşar meyvələr çıxarılır və əzilir. Bu məqamda kiçik bir izahat verək. Əzmə prosesindən əvvəl yeməklərdə istifadə olunacaq yağlar qovrulur. Bəli, mərakeşlilər arqan yağını yeməklərdə də istifadə edir! Kosmetikada istifadə olunan yağlar isə qovrulmur.

Yuxarıda qeyd etdiyimiz kimi arqan yağı saçlar üçün güclü nəmləndirici hesab olunur. Pantene-nin təbii sintez yağ terapiyası seriyasından olan "Arqan yağlı Eliksir"i saçlarınızı ağırlaşdırmadan onların 24 saat müddətində nəm qalmasına kömək edir.

Mərakeşli qadınların əl əməyilə istehsal olunur

Əzilən meyvələr isti su ilə qarışdırılaraq xəmir halına gətirilir və yoğrulur. Uzun çəkən yoğurma prosesində arqan yağı xəmirin üstündə görünməyə başlayır. Nəticədə yağı çıxmış xəmir dəlikli torbalara doldurulur və sıxılır. Bütün bu proseslər iki gün çəkir. Mərakeşli qadınların əl əməyi ilə hazırlanan arqan yağı bu səbəbdən xeyli baha başa gəlir. Maya dəyərini belə də qeyd etmək olar: 30 kiloqram sərt qabıqlı qurudulmuş meyvədən təqribən 4 kiloqram badama oxşar meyvə, bundan da 1 və ya 1,5 litr arqan yağı əldə edilir.

Ardından da bu qiymətli yağ qadınların saçlarının və dərilərinin daha sağlam olması üçün Mərakeşdən bütün dünyaya səyahətə başlayır.


Просмотров: 1 929

ПОХОЖИЕ СТАТЬИ

Здоровье

24 сентября 2023 11:00

  • 5 858

Здоровье

26 апреля 2023 13:50

  • 5 009

Здоровье

11 апреля 2023 09:35

  • 8 791

Здоровье

3 апреля 2023 12:45

  • 8 776

Здоровье

30 марта 2023 11:30

  • 7 773

Здоровье

22 марта 2023 22:58

  • 4 198

Здоровье

13 февраля 2023 00:29

  • 5 080

Здоровье

11 февраля 2023 00:33

  • 5 757

Здоровье

9 февраля 2023 00:39

  • 4 566

Здоровье

5 февраля 2023 08:01

  • 6 128