19 апреля 2024

2 марта 2016 09:38

AİLƏNİZİN YENİ SEVİMLİ YEMƏYİ: RAHAT BADIMCAN BURMALARI

Bu rahat yeməyi ailəvi naharı hazırlamaq üçün sadəcə dilimləyin, yayın və burun.

İstənilən vaxt uşaqlarınızın çoxlu tərəvəz yeməsini təmin edə bilərsiniz, bu çox asandır. Bəlkə bəxtiniz gətirib və uşağınız tərəvəzləri çox sevir və hər fürsətdə xırda pomidorlar əlinə düşən kimi yeyir.

Daha dəcəl uşaqları olanlar üçün nahara tərəvəzli yeməklər tapmaq çətindir.

Budur sizin üçün tərəvəzləri daha incə formada təqdim edən möhtəşəm yemək reseptini təqdim edirik. O, özü özünü sevdirə bilir. Əgər uşağınız lazanya xoşlayırsa, xüsusən, rikotta pendiri ilə bu yemək sizin nahar repertuarınızda yenilik ola bilər.

Rahat Badımcan Burmaları
Hazırlanma vaxtı: 25 dəqiqə
Bişmə vaxtı: 25 dəqiqə
Çətinlik: Asan
8 Porsiya

İnqrediyentlər

  • 4 xörək qaşığı zeytun yağı
  • Yarım sm enində uzununa doğranmış 2 böyük badımcan (ümumi, təxminən 16 dilim)
  • 1 1/2 kasa marinara sousu
  • 2 ədəd böyük yumurta
  • 1 ədəd 15-unsiyalıq konteynerdə rikotta
  • 2 çay qaşığı qurudulmuş qaraqınıq otu
  • 2 kasa sürtkəcdən keçirilmiş motsarella pendiri
  • 1/2 kasa sürtkəcdən keçirilmiş parmesan pendiri
  • 1/2 çay qaşığı Koşer duzu, 1/4 çay qaşığı qara istiot

Hazırlama qaydası

1. Sobanı 200C dərəcədə qızdırın. Soba isinənəcən badımcanları uzununa doğrayın.

2. Orta istilikdə isinən qızartma tavasına 2 çay qaşığı zeytun yağı əlavə edin. Badımcan dilimlərini tavaya qoyun və hər iki tərəfi qızılı rəngdə qızarana qədər qızardın.

3. 22x35 sm-lik soba qabının səthini təxminən 1/2 kasa marinara sousu ilə doldurun.

4. Ayrıca kasada yumurta, rikotta, qaraqınıq otu, 1 kasa motsarella və hər biri 1/4 çay qaşığı olan duz və istiotu qarışdırın.

5. Badımcanlar soyuyandan sonra dilimlərin bir tərəfinə 2 xörək qaşığı rikotta qarışığı qoyaraq burun.

6. Burmaları 22x35 sm-lik soba qabına yerləşdirin. Bütün badımcan dilimlərini burma edənə qədər bunu davam etdirin.

7. Qalan marinara sousunu burmaların üzərinə tökün və kasada qalan motsarella və parmesan pendirini üzərilərinə səpin.

8. Sous pörtlənənə və pendir əriyənə qədər 200C dərəcə sobada 20-25 dəqiqə bişirin. Süfrəyə verməzdən əvvəl azı 5 dəqiqə gözləyin.

Belə dadlı hazırlanmış şorbadan sonra çoxlu cirkli yuyulası qab qalacaq, narah olmayın, Fairy  ilə en yağlı qabların ohtəsindən belə rahatlığla gələ biləcəksiniz.
*** Materiallardan hər hansı birinə allergiyası olanların istifadəsi uyğun deyil. Belə bir hal üçün Lady.Day.az qətiyyən məsuliyyət daşımır.


Просмотров: 2 117

ПОХОЖИЕ СТАТЬИ