18 апреля 2024

25 ноября 2015 09:42

YATAQ OTAĞINIZI ROMANS ÜSLUBUNDA BƏZƏYİN

Ən parlaq günlərinizi qarmaqarışıqlığı təmizləməklə və fərdi sahənizi yenidən kəşf etməklə keçirin. Başlamaq üçün bizim Yaz yataq otağı təmizliyi məsləhətlərimizi oxuyun.

Ümumi üslubu təyin edin

Solğun limon, püstə və çəhrayı rənglər otağa müasir və romantik görünüş verir. Eyni rəng planına uyğun çalarları qarışdırın və dəlisovluq hissi üçün bir az qızılı işıltı əlavə edin. Yumşaq zidd çalarlı divar kağızı ilə divar guşəsi yaradın. Divarların rəngini digər bəzək əşyalara da və ya hətta yeni kəsilmiş güllər qoyulmuş vazayada yansıtmağı unutmayın.

Sevimli Paltarlarınızı göstərin

Əgər qarderobda yer məhduddursa, bəzədilmiş geyim mühəccəri möhtəşəm alternativdir, lakin onun birbaşa gün işığının altında olmadığından əmin olun, çünki geyimlərinizin solmasını heç kim istəmir. Geyimlərinizi mütəmadi olaraq Lenor paltaryumlaşdıcısı ilə yuyub mükəmməl yumşaqlığa nail olun.

İncə vintaj görünüşü əlavə edin

Yataq otağınıza incə vintaj əşyalar və bəzəkli güzgülər əlavə etmək romantik hissləri artıracaq. Otağı nizamlı saxlayın, yalnız sizin ən gözəl və vacib əşyalarınızı nümayiş etdirin.

Gözəl detallar

Səpələnmiş balışlar kimi yataq aksessuarlarına zər parça, məxmər və krujeva kimi bəzəklər əlavə edin.

Dramatik cizgilər

Kiçik stol və ya şəkil çərçivəsi kimi kiçik qara cizgilər əlavə edin.

Cazibədar görünüş yaradın

Yatağınızın yanında İngilis qızılgül qoxulu rəngli vaza dəstələri qoyun. Təzə güllərin sevimli qoxusu ilə oyanmaqdan yaxşı heç nə yoxdur.

Tək klassik əşya ovuna çıxın

Antik yarı aypara mərmər və zərli divar stolu (məsələn, antik geyinmə stolu) görünüşü tamamlamağa kömək edəcək.


Просмотров: 1 474

ПОХОЖИЕ СТАТЬИ