28 марта 2024

30 марта 2015 09:40

Qadın Gözəlliyi Təlimi 4



Head & Shoulders ilə addım-addım Boş Yandan Toppuzlu Hailo Hörüyü

Müəllif: Piter Lyuks, Head & Shoulders Kreativ Gözəllik Direktoru.

Hailo hörüyü Qədim Yunanıstandan müasir dünyaya qalan çox vacib və xoş modellərdən biridir. Bu saç modelini tətbiq etmək üçün heç bir alətə ehtiyacınız olmayacaq. Ehtiyacınız olan tək şey, vaxt və yerdir. İşə saçlarınızı təmizləyib bəsləyərək başlayın.

Birinci addım: Bu modeli tətbiq etmək üçün saçlarınız təmiz və güclü olmalıdır. Təklifim Head & Shoulders Saç Tökülməsinə Qarşı Xüsusi şampun istifadə edərək saçlarınıza və saç dərinizə yaxşı qulluq etməkdir. Bu şəkildə saçlarınızı gücləndirərək elastik olmasını, asanca forma verilməsini təmin etmiş olacaqsınız. Saçlarınızı yuduqdan sonra bir neçə hissəyə ayırın. Başınızın önünə doğru kiçik bir buruğu götürüb hörməyə başlayın. Ən az üç dəfə hörün. Əvvəlcə sizə çox sıx gələ bilər, ancaq narahat olmayın, bir azdan öz-özünə boşalmağa başlayacaq.

İkinci addım: Hörmə əməliyyatını başa vurduqdan sonra uclarını birləşdirərək açılmalarına imkan verməyin. Ardından başınızın digər yanından bir buruq daha hörün.

Üçüncü addım: Artıq iki hörüyünüz var. Hər ikisini uclarından tutub başınızın arxasından keçirərək əks istiqamətə doğru sarıyın. Görünməyəcək şəkildə sancaqla bərkidin. Ətrafda uçuşan tellər varsa, onları da düzgün şəkildə hörüyün arasına yerləşdirin.

Hailo hörüyü hazırdır! Sürətli və asan yığılması ilə yanaşı, bu model sizə kübar və mələk abu-havası qatacaq. Praktik və mükəmməl olan bu saç modelini hər yerdə istifadə edə bilərsiniz. Head & Shoulders Saç Tökülməsinə Qarşı şampunu saçlarınızı dolgunlaşdırır və sağlam edır.


Просмотров: 1 221

ПОХОЖИЕ СТАТЬИ